Ana səhifə > İqtisadiyyat >
Maliyyə
«DəmirBank» bank xidmətləri sahəsində Fəxri Diplomla təltif edilib
[
05 Noyabr 2009 16:33 ]

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycanın «DəmirBank» SKB Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 5 illiyinə həsr olunmuş tədbirdə «Pul-kredit və bank xidmətlərinə görə» Fəxri Diplom ilə təltif edilib. Bankdan «APA-ECONOMICS»ə verilən məlumata görə, Fəxri Diplom Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən onun təşkilatçılığı ilə keçirilən və müxtəlif təşkilatların nümayəndələrinin, eləcə də bir sıra millət vəkillərinin iştirak etdiyi tədbirdə təqdim edilib.
«DəmirBank»ın Fəxri Diplom ilə təltif edilməsi onun 20 illik uğurlu fəaliyyəti, regionların sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdə iştirakı, geniş regional filial şəbəkəsi, regionlarda bank xidmətlərinin genişləndirilməsi, regionlarda sahibkarlığın kreditləşdirilməsi, regionlarda əhali və şirkətlər üçün bank xidmətlərinə və maliyyə resurslarına çıxışın genişləndirilməsi ilə bağlıdır», – deyə İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
Qeyd edək ki, «DəmirBank»ın 29 filialından 16-sı regionlarda - Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişlidə fəaliyyət göstərir. «DəmirBank» regional filial şəbəkəsinin əhatəsinə görə də ölkənin aparıcı bankları sırasındadır.
Ölkənin ilk banklarından olan «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ilin oktyabr ayında fəaliyyətə başlayıb və 850-yə yaxın səhmdarı olan bankın nizamnamə kapitalında «25%+1 səhm» payı Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.
|