KATV kabel televiziyasının yayımında problemlər əmələ gəlib
[
07 Fevral 2010 00:30 ]
Bakı. Tahir Orucoğlu - APA. Fevralın 6-sı saat 22 radələrində Bakının bəzi rayonlarında KATV kabel televiziyasının yayımında problemlər əmələ gəlib.
Belə ki, saat 21.50-də Əhmədli qəsəbəsində yayım gözlənilmədən kəsilib. Şirkətin Əhmədli ofisindən verilən məlumata görə, elektrik enerjisinin kəsilməsi ucbatından yayım ötürücüsü sıradan çıxıb, bu isə yayımın kəsilməsinə səbəb olub.
Şirkətdən onu da əlavə ediblər ki, yayımın bərpası üçün iş gedir və fevralın 7-si saat 10-da yayım tam həcmdə bərpa olunacaq.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az