“Eurovision”a ev sahibliyi edəcək Norveçi müsabiqədə 22 yaşlı opera müğənnisi təmsil edəcək – FOTO
[
08 Fevral 2010 17:19 ]
Bakı. Ülkər Qasımova – APA. 55-ci “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək Norveçin müsabiqədəki təmsilçisinin adı açıqlanıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, tamaşaçı səsverməsi ilə baş tutan Norveçin milli finalında “Mənim qəlbim sənindir” (“My Heart is Yours”) kompozisiyasının ifaçısı, opera müğənnisi Didrik-Solli-Tanqen qalib gəlib və “Eurovision-2010” müsabiqəsində Norveçin təmsilçiliyi ona həvalə olunub. 22 yaşlı ifaçı Oslodakı Barrat Duye adına Musiqi İnstitutunun klassik bölməsində təhsil alır. “Eurovision 2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak da bu institutda oxuyub.
Qeyd edək ki, Norveç Avropa mahnı müsabiqəsində 1960-cı ildən iştirak edir. İndiyədək Norveç təmsilçiləri 3 dəfə müsabiqənin qalibi olub.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az