Azərbaycan Prezidenti “İstiqlal” ordenini Əlibaba Məmmədova təqdim edib
[
09 Fevral 2010 00:03 ]
Bakı-APA. Azərbaycan Prezidenti İlham Əliyev xalq artisti Əlibaba Məmmədova milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə təltif olunduğu “İstiqlal” ordenini təqdim edib.
APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, prezident Ə. Məmmədovu yubiley münasibətilə təbrik edib, can sağlığı arzulayıb.
Ölkə başçısı Ə. Məmmədovun uzun illərdir ki, Azərbaycanın milli musiqisini təbliğ etdiyini, muğam sənətini qoruyanlardan, inkişaf etdirib gənc nəsli bu sənətə cəlb edənlərdən olduğunu vurğulayıb.
Prezident gənc nəslin bu sənətə maraq göstərdiyini deyib: “Muğam müsabiqələrinin keçirilməsi özlüyündə bunun gözəl göstəricisidir. Yəni, muğam müsabiqələri artıq Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilib”.
Öz növbəsində xalq artisti Prezidentə yüksək mükafata və diqqətə görə, təşəkkürü bildirib. Ə. Məmmədov bu mükafatın həm də Azərbaycanın milli sərvəti olan muğama hörmətin ifadəsi olduğunu qeyd edib.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az