Avropa Parlamentinin sədri ukraynalıları azad və ədalətli seçkilər münasibətilə təbrik edib
[
09 Fevral 2010 06:30 ]
Bakı-APA. Avropa Parlamentinin sədri Yeji Buzek Ukraynada keçirilən prezident seçkilərinin rəsmi nəticələrinin elan olunmasını gözləmədən ölkə əhalisini azad və düzgün seçkilərin keçirilməsi münasibətilə təbrik edib.
APA-nın İNTERFAKS-a istinadən verdiyi məlumata görə, bu barədə Buzek bazar ertəsi axşam parlamentin plenar iclasını açarkən bildirib.
Avropa Parlamentinin müşahidəçilərinin rəyinə əsaslanan sədr bildirib ki, bəzi şikayətlərin daxil olmasına rəğmən, ümumilikdə seçki prosedurasının demokratik aparılmasına riayət olunub.
«Bu, bütün Ukrayna üçün böyük uğurdur. Son illərin siyasi qeyri-sabitliyinə baxmayaraq, biz orada tipik demokratik təməlin şahidiyik»", - deyə Y.Buzek bildirib və əlavə edib ki, beş il öncə bu ölkədə vəziyyət tamamilə əksinə olub.
O, Ukraynanın bütün siyasi qüvvələrini fikir ayrılığına son qoymağa və ölkədə sosial-iqtisadi sistemdə, məhkəmə sistemində islahatların, habelə konstitusion islahatların aparılması istiqamətində əməkdaşlığa çağırıb.
Buzekin sözlərinə görə, çərşənbə günü Avropa Parlamentində Ukraynada keçirilmiş seçkilərlə bağlı debatlar keçiriləcək.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az