Azərbaycan Mərkəzi Bankı kotirovka sorğuları elan edib
[
09 Fevral 2010 11:26 ]
Bakı. Elnur Hüseynquluyev – APA-ECONOMICS. Azərbaycan Mərkəzi Bankı (AMB) tərcümə xidməti və dəftərxana mallarının satın alınmasına dair kotirovka sorğuları elan edib.
AMB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, sorğuda iştirak haqqı I lot üzrə 30 manat, II lot üzrə 50 manatdır.
Təklif zərfləri bu ilin fevral ayının 25-dək AMB-nin inzibati binasında Satınalmalar Komissiyasının əlaqələndirici şəxsi tərəfindən qəbul ediləcək. Zərflər bu ilin fevral ayının 26-da AMB-nin inzibati binasında açılacaq.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az