Tomas Hammarberq: “Strasburq Məhkəməsi çoxları üçün ümid mənbəyidir”
[
09 Fevral 2010 13:37 ]
Bakı. Laçın Sultanova - APA. Avropa İnsan Haqları Məhkəməsi bütün Avropadan olan adi insanların çoxsaylı müraciətlərinin axını ilə üzləşib. APA-nın məlumatına görə, bunu Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq “Strasburq məhkəməsi çoxları üçün ümid mənbəyidir – onun səmərəli fəaliyyətinin davamlılığı təmin edilməlidir” adlı hesabatında bildirib. Hesabatda deyilir ki, 2009-cu il ərzində 50 mindən artıq ərizə qəbil edilib və baxılası işlərin sayı 100 mindən artıqdır: “Bu rəqəmlər məhkəmənin icraatında islahatlar aparılmasına ehtiyac olduğunu, lakin hər şeydən əvvəl milli səviyyədə insan hüquqlarının müdafiəsi zərurətini ortaya qoyur. Dövlətlərin özündə, ölkədaxili səviyyədə insan hüquqlarının müdafiəsi üçün çox iş görülməlidir. Avropa sistemi heç bir halda milli sistemlərin uzunmüddətli əvəzləyicisi rolunu oynaya bilməz”.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az