Nikolay Patruşev: “NATO-nun sıralarının genişlənməsi Rusiya üçün ciddi təhlükə kəsb edir”
[
09 Fevral 2010 16:08 ]
Moskva-APA. “NATO-nun sıralarının genişlənməsi Rusiya üçün ciddi təhlükə kəsb edir”. APA-nın “Rosbalt”a istinadən yaydığı məlumata görə, bu fikirlər Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevə məxsusdur. O qeyd edib ki, ilk əvvəl blok rəhbərliyi alyansın sıralarını genişləndirməyəcəyini vəd etsə də, vədinə sadiq qalmayıb: “Əgər əvvəlcə bloka 12 dövlət daxil idisə, indi bu dövlətlərin sayı 28-ə çatıb. Varşava Müqaviləsi təşkilatına üzv ölkələr və ayrı-ayrı dövlətlər alyansa daxil olublar. Onlar Ukrayna və Gürcüstanı da öz arxalarınca NATO-ya sürükləyirlər. Görək Ukrayna xalqı buna nə deyəcək? Referendumların nəticələri göstərir ki, Ukrayna hazırda NATO-ya can atmır”.
Nikolay Patruşev dünyada irimiqyaslı müharibə ehtimalının azaldığını bildirib. Lakin onun sözlərinə görə, qaynar bölgələr və münaqişələr hələ də mövcuddur və onların sülh yolu ilə nizamlanması ehtimalı var: “Bu münaqişələr təkcə adi deyil, nüvə silahının da tətbiq oluna biləcəyi müharibələr gətirib çıxara bilər. Rusiya heç kimə hücum etməyə hazırlaşmır, bizim nüvə silahımız çəkindirici funksiya daşıyır. Prezident tərəfindən imzalanan yeni hərbi doktrinaya əsasən, Rusiya müəyyən şərtlər altında nüvə silahından istifadə etmək hüququna malikdir”.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az