BAXCP parlament seçkiləri ilə eyni vaxtda Bakı şəhərində mer seçkisinin keçirilməsini istəyir
[
09 Fevral 2010 16:29 ]
Bakı. Hafiz Heydərov - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxt Bakı və regionlarda yaranmış çoxsaylı problemlərlə bağlı müzakirə aparılıb. Şəhər təsərrüfatında aparılan islahatların özünü doğrultmadığı, mövcud problemlərin aradan qaldırılması üçün düşünülmüş islahatların aparılmasının zəruri olduğu bildirilib. BAXCP hakimiyyəti kommunal xidmət sahələrini özəlləşdirməyə çağırıb.
Partiya qarşıdan gələn parlament seçkiləri ilə eyni vaxtda Bakı şəhərində mer seçkisinin keçirilməsi təklifi ilə də çıxış edib.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az