Akademik Yusif Məmmədəliyev adına medalın sahiblərinin adları məlum olub
[
09 Fevral 2010 16:34 ]
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Bilik-Maarifçilik Mədəniyyət Mərkəzi akademik Yusif Məmmədəliyev adına medalın sahiblərinin adlarını məlum olub. APA-nın məlumatına görə, bu il sözügedən mükafat iki nəfərə qismət olub. Onlardan biri fizika-riyaziyyat elmləri doktoru, professor Fikrət İsmayılov, ikincisi isə Almaniyanın Köln Konservatoriyasının professoru, “Vaqner” mükafatı laureatı Elnarə İsmayılova layiq görülüblər. Mükafat sahibləri maarifçilik sahəsində göstərdikləri xidmətlərinə görə Yusif Məmmədəliyev adına medalla təltif olunublar.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az