ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru BAXCP sədri ilə görüşüb
[
09 Fevral 2010 16:41 ]
Bakı. Hafiz Heydərov – APA. ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Aleks Qriqoryevs Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevlə görüşüb. Bu barədə APA-ya BAXCP-dən məlumat verilib. BAXCP-nin qərargahında keçirilən görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə olunub və partiyanın qarşıdan gələn parlament seçkilərində iştirakı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az