Azərbaycanın Los-Ancelesdəki baş konsulu “Los Angeles Times” qəzetinə etiraz məktubu göndərib
[
09 Fevral 2010 16:42 ]
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov “Los Angeles Times” qəzetinin Dağlıq Qarabağı Ermənistana aid etməsi ilə əlaqədar redaksiyaya etiraz məktubu göndərib.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Məktubda Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu göstərilib və belə halların yolverilməz olduğu qeyd edilib.
Xatırladaq ki, qəzet səyahət və sərgüzəşt sərgisi keçirməyi planlaşdırır.
Şouda Ermənistan və Azərbaycanın işğal olunmuş bölgəsi Dağlıq Qarabağ birlikdə təmsil olunacaq. Ermənistan və Dağlıq Qarabağın turizm şirkətləri dekabrın 13-də təşkil olunacaq səyahət şousunda “Ermənistana xoş gəlmisiniz” köşkünü sərgi zalında yerləşdirəcəklər.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az