Azərbaycanda yaranmış enerji problemi ilə əlaqədar dəmir yolu qatarlarının hərəkətində fasilə yaranıb
[
09 Fevral 2010 16:48 ]
Bakı. Rəşad Süleymanov – APA-ECONOMICS. Bu gün səhər saatlarında Azərbaycanda yaranmış enerji problemi ilə əlaqədar dəmir yoluna elektrik enerjisinin verilməsi dayanıb.
Bu barədə «APA-ECONOMICS»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədov bildirib ki, yaranmış fasilə zamanı dəmir yolunda hərəkət teplovoz dartısı ilə tənzimlənib. Belə ki, 6703 saylı İmişli-Bakı elektrik qatarı və 9 yük qatarı mənzillərdə olarkən elektrik enerjisi kəsildiyindən, qatarlar stansiyalara teplovoz dartısı ilə gətirilib.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az