Avropa Şurasının baş katibi: “Türkiyə-Ermənistan yaxınlaşması 20 il davam edə bilər”
[
09 Fevral 2010 16:59 ]
Bakı – APA. “Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların iki ölkə parlamentində qəbul edilib-edilməyəcəyini bilmirəm. Bu məsələdə siyasi əngəllər var. Amma ilk addım atılıb. Əminəm ki, bu, son addım olmayacaq”. APA-nın xəbərinə görə, bunu “CNN Türk”ə açıqlamasında Avropa Şurasının baş katibi Tyorborn Yaqland deyib. T. Yaqland Türkiyə-Ermənistan yaxınlaşmasının 5-10, hətta 20 il davam edə biləcəyini söyləyib.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az