Azərbaycan prezidenti İsrailin xarici işlər nazirini qəbul edib
[
09 Fevral 2010 17:02 ]
Bakı. Laçın Sultanova - APA. Azərbaycan prezidenti İlham Əliyev İsrailin xarici işlər naziri Aviqdor Libermanı qəbul edib. APA-nın İsrailin newsru.co.il saytına istinadən verdiyi məlumata görə, görüşdə qlobal məsələlər və Yaxın Şərq siyasətinin aktual problemləri müzakirə olunub. Fələstin administrasiyasının rəhbəri Mahmud Abbasın Bakıya səfər edəcəyini xatırladan A. Liberman İlham Əliyevdən xahiş edib ki, Fələstin liderini İsraillə sülh danışıqlarını bərpa olunmasının vacibliyinə inandırsın.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az