İran Xarici İşlər Nazirliyinin sözçüsü: “Sahilyanı ölkələr Xəzərin hüquqi statusu ilə bağlı məsələni 70 faiz razılaşdırıblar”
[
10 Mart 2010 18:59 ]
Tehran. Süleyman Fərzəliyev-APA. “Sahilyanı ölkələr Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələni 70 faizi razılaşdırıblar”. APA-nın “Mehrnews”a istinadən yaydığı məlumata görə, bu bəyanatla İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst çıxış edib.
O, sahilyanı dövlətlərin Xəzərin hövzəsinin sülhpərvər bölgəyə çevrilməsi, təhlükəsizlik məsələləri, terrorçuluq və narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə kimi məsələlərdə tərəflər arasında razılaşma əldə olunduğunu deyib. Xatırladaq ki, İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri də bundan əvvəl verdiyi açıqlamalarda Xəzərin hüquqi statusuna dair Konvensiyanın 70 faiz hazır olduğunu bildirmişdi.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az