XƏBƏR LENTİ

Böyüt
Video
10:17 30 Aprel
TOP 5

Azərbaycan Milli Məclisində “Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir” adlı beynəlxalq konfrans keçirilir

Bakı. Mübariz Aslanov – APA. Bu gün Milli Məclisdə “Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir” adlı beynəlxalq konfrans başlayıb.

APA-nın məlumatına görə, konfrans Avropa Şurasının “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində keçirilir.

 

Konfransın keçirilməsi ilə əlaqədar Avropa Şurası Parlament Asambleyası (AŞ PA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin Xüsusi Alt Komitəsi də yaradılıb.

 

Tədbirdə Azərbaycandan Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Asəf Hacıyev, Musa Qasımlı və bir sıra QHT rəhbərləri iştirak edirlər.  

 

Konfransa AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin sədr müavini Valeriu Qiletçi, AŞPA-nın məruzəçisi Silvia Eloisa Bone Pero, AŞPA üzvləri Stefan Şennak, Klemens Lammerskitten, Yunanıstan parlamentinin üzvü Maykl Katrinis, o cümlədən UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herevard qatılıblar.

 

Konfrans çərçivəsində təsis olunan Xüsusi Alt Komitənin iclası da keçiriləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • “Bakı Marafonu 2016”nın qalibləri məlum olub - YENİLƏNİB - FOTOSESSİYA
    “Bakı Marafonu 2016”nın qalibləri məlum olub - YENİLƏNİB - F...
  • Zaqatalada sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı yaralanıb - YENİLƏNİB - FOTOSESSİYA
    Zaqatalada sahə müvəkkilinin iş otağında partlayış baş verib...
“Bakı Marafonu 2016”nın qalibləri məlum olub - YENİLƏNİB - FOTOSESSİYA Zaqatalada sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı yaralanıb - YENİLƏNİB - FOTOSESSİYA +2
MƏZƏNNƏ
FOREX
/ 01 May, 2016

USD
1.5072
 
EUR
1.7174
 
RR
0.0233
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ