XƏBƏR LENTİ

Böyüt
23:48 02 May
TOP 5

Mark Herevard: “Azərbaycan regionda Əlilliyi olan Uşaqların Hüquqları haqqında Konvensiyanı ratifikasiya edən birinci ölkələrdəndir”

Bakı. Gülnar Bəşirova - APA. “Əlilliyi olan uşaqların həyatda qala bilməsi və inkişafı üçün başlıca zərurət onların erkən yaşlarda müvafiq xidmətlərdən istifadə imkanı, ailə qayğısı ilə böyüməsi və yerli məktəblərdə oxumasıdır”.

APA-nın məlumatına görə, bu sözləri UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Hereward  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı, UNICEF və Azərbaycanın Əlil Təşkilatları İttifaqı tərəfindən Beynəlxalq Əlillər Günündə təşkil olunan dəyirmi masada deyib.

 

O qeyd edib ki, UNİCEF-in əlilliyi olan uşaqlara həsr edilmiş 2013-cü il üzrə “Dünya uşaqlarının vəziyyəti” adlı hesabatında bildirilir ki, regionda yaşadığı təxmin olunan 5,1 milyon əlilliyi olan uşaqdan təxminən 3,6 milyonu təməl uşaq hüququ hesab edilən sosial reyestrlərdə qeydiyyatda deyil və nəticədə izləri itirilir və cəmiyyətlərindən təcrid olunurlar: “Qeydiyyatda olanlar isə çox vaxt dövlət müəssisələrində yaşamağa məhkum edilir, yaxud digər fundamental uşaq hüququ olan məktəblərə getmirlər. UNICEF bu məsələlərin aradan qaldırılması üçün təcili və sektorlararası siyasi tədbirlərin görülməli olduğuna inanır. Əlilliyi olan uşaqlar cəmiyyətin ən kövrək nümayəndələridir. Regionda müsbət qlobal təcrübələr və uşaqların rifahı naminə mühüm islahatlar keçirilsə də, biz artıq əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya prosesini sürətləndirməliyik”.

 

M. Herewerd onu da əlavə edib ki, 2013-cü ilin fevral ayından etibarən 128 dünya ölkəsi və o cümlədən Avropa Birliyi sözügedən Konvensiyanı imzalayıb: “Bu regionda isə 15 dövlət Konvensiyanı ratifikasiya edib. Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan imzalasa da ratifikasiya etməyib, Belarusla Tacikistan isə ümumiyyətlə, imzalamayıb. Azərbaycan regionda Əlilliyi olan Uşaqların Hüquqları haqqında Konvensiyanı ratifikasiya edən birinci ölkələrdəndir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • Hacıqabulda baş verən qəzada bir ailənin 5 üzvü xəsarət alıb
    Hacıqabulda baş verən qəzada bir ailənin 5 üzvü xəsarət alıb...
  • Ermənilərin atəşi nəticəsində yaralanan Ağdam sakini Bakıya köçürülür
    Ermənilərin atəşi nəticəsində yaralanan Ağdam sakini Bakıya ...
Hacıqabulda baş verən qəzada bir ailənin 5 üzvü xəsarət alıb Ermənilərin atəşi nəticəsində yaralanan Ağdam sakini Bakıya köçürülür +2
MƏZƏNNƏ
FOREX
/ 03 May, 2016

USD
1.5072
 
EUR
1.7283
 
RR
0.0233
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ