XƏBƏR LENTİ

Böyüt
23:48 02 May
TOP 5

Lənkəranda erkən nikahın fəsadları müzakirə olunub

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və UNİCEF-in təşkilatçılığı ilə erkən nikahlarla bağlı tədbir keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, yerli icra strukturları nümayəndələrinin, polis əməkdaşlarının, din xadimlərinin, səhiyyə və təhsil işçilərinin, ictimaiyyət fəallarının iştirak etdikləri tədbirdə çıxış edən AQUPDK-nin nümayəndəsi Pərviz Əliyev bildirib ki, erkən nikah hallarının azaldılması məqsədilə yerli səviyyədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi istiqamətində Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə Lənkəran və Masallı rayonları üzrə 9 kənddə maarifləndirmə tədbirləri həyata keçirib. Erkən nikahlar uşaqların təhsildən yayınmasına, yeni doğulan uşağın sağlamlığın təsir göstərir. Komitəyə müraciət edən problemli ailələrin əksəriyyəti elə erkən yaşda ailə quranlardır. Onların çoxlarının rəsmi nikaha daxil ola bilmədiklərindən sənəd işləri problem olur.

 

Komitə rəsmisinin sözlərinə görə, 2011-ci ildə Cinayət Məcəlləsində bu problemlə bağlı maddəyə dəyişiklik edilib və həmin maddəyə əsasən valideyn qızlarını erkən nikaha cəlb edərsə, bu artıq cinayət məsuliyyəti yaradır: “Həmin valideynləri isə 4 ilə qədər azadlıqdan məhrum etmə və ya 3000 manatdan 4000 manata kimi cərimə gözləyir. Valideynlərin çoxu bu maddə ilə bağlı xəbərsiz olduğundan öz əməllərini davam etdiriblər. Təəssüflər olsun ki, bu günə kimi də keç kəs nə məsuliyyətə cəlb edilib, nə də cərimələnib”.

 

Qeyd edilib ki, 2012-2013-cü illərdə Lənkəran və Masallının 9 yaşayış məntəqəsində keçirilən maarifləndirmə tədbirləri nəticəsində həmin kəndlərdə indiyədək erkən nikah halları qeydə alınmayıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • Azərbaycanda hemofiliyalı xəstələrin sayı açıqlanıb
    Azərbaycanda hemofiliyalı xəstələrin sayı açıqlanıb
  • Bakıda dəmir yolunda sərnişinlərin və təhlükəli yüklərin daşınması ilə bağlı seminar keçirilir
    Bakıda dəmir yolunda sərnişinlərin və təhlükəli yüklərin daş...
Azərbaycanda hemofiliyalı xəstələrin sayı açıqlanıb Bakıda dəmir yolunda sərnişinlərin və təhlükəli yüklərin daşınması ilə bağlı seminar keçirilir +2
MƏZƏNNƏ
FOREX
/ 03 May, 2016

USD
1.5066
 
EUR
1.7377
 
RR
0.0232
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ