XƏBƏR LENTİ

Böyüt
TOP 5

Azərbaycanlı futbolçu “Ginnesin rekordlar kitabı”na düşüb

Bakı. Real Cəfərli - APA. İranın futbol üzrə yığma komandasının keçmiş üzvü Əli Dayei “Ginnesin rekordlar kitabı”na düşüb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, əslən azərbaycanlı olan futbolçu 1993-2006-cı illərdə İranın futbol üzrə yığma komandasının heyətində keçirdiyi oyunlarda 109 qol vurub.

 

Ə. Dayei 1969-cu il martrın 21-də Ərdəbilin Xeyral məhəlləsində anadan olub. O, İranın “İstiqlal” (Ərdəbil), “Taksirani” (Ərdəbil), “Bank-e Tecarət” (Tehran), “Persepolis” (Tehran), “Səba batteri” (Tehran), “Saypa” (Kərəc)), Qətərin “Əl-Sədd”, BƏƏ-nin “Əl-Şəbab” komandaları, eləcə də Almaniyanın “Arminiya”, “Bavariya”, “Herta” kimi məşhur futbol komandalarının heyətində çıxış edib. Futbolçu karyerasına 2007-ci ildə, İran yığmasındakı karyerasına isə 2006-cı il futbol üzrə dünya çempionatından sonra nöqtə qoyub. UNİCEF-in xoşməramlı səfiridir. Hazırda Tehranın “Perspolis” komandasının baş məşqçisidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • bakida muasir dovrde iqtisadiyyatin inkisafinda gomruk xidmetinin rolu muzakire olunur
    Bakıda müasir dövrdə iqtisadiyyatın inkişafında gömrük xidmə...
  • ai ve avropa surasinin birge proqramlar uzre emekdasliq cercivesi nin ifade ve media azadligi layihesi uzre deyirmi masa kecirilir
    Aİ və Avropa Şurasının birgə “Proqramlar üzrə Əməkdaşlıq Çər...
Bakıda müasir dövrdə iqtisadiyyatın inkişafında gömrük xidmətinin rolu müzakirə olunur Aİ və Avropa Şurasının birgə “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsi üzrə dəyirmi masa keçirilir +2
MƏZƏNNƏ
FOREX
/ 31 May, 2016

USD
1.4906
 
EUR
1.6598
 
RR
0.0226
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ