XƏBƏR LENTİ

Böyüt
TOP 5

Prezident vəzifəli şəxslər tərəfindən torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasını nəzarətə götürəcək

prezident vezifeli sexsler terefinden torpaq sahelerinin tikinti ucun ayrilmasi qaydalarinin pozulmasini nezarete goturecek

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan prezidenti vəzifəli şəxslər tərəfindən torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasını nəzarətə götürəcək

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə 15 fevral 2015-ci il tarixli fərmanında əksini tapıb.

 

Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs tərəfindən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə 2 min manatdan 3 min manatadək məbləğdə cərimə ediləcəklər. Fərmana əsasən, bu müddəalar üzrə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Fərmanda Baş Prokurorluğa tövsiyə edilib ki, həmin inzibati xətalar haqqında işlər barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat versin.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • fuzulide partlamamis top mermisi askarlanib
    Füzulidə partlamamış top mərmisi aşkarlanıb
  • bakida avtomobil piyadani vurub
    Bakıda avtomobil piyadanı vurub
Füzulidə partlamamış top mərmisi aşkarlanıb Bakıda avtomobil piyadanı vurub +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2016

USD
1.49
 
EUR
1.6614
 
RR
0.0225
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ