XƏBƏR LENTİ

Böyüt
TOP 5

ATƏT-ə sədrlik edən Almaniya və Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanı atəşkəsə əməl etməyə çağırıb

atet e sedrlik eden almaniya ve minsk qrupunun hemsedrleri azerbaycan ve ermenistani ateskese emel etmeye cagirib

Bakı-APA. ATƏT-in fəaliyyətdə olan sədri Almaniya hökumətinin xüsusi nümayəndəsi Qernot Erler və ATƏT-in Minsk Qrupunun həmsədrləri Cems Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrie (Fransa) Azərbaycan və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb.

 

APA-nın məlumatına görə, bununla bağlı bu gün yayılan bəyanatda bildirilir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə nail olmaq, dinc əhaliyə qarşı zorakılıqdan qaçmaq üçün  tərəflər təmas xəttində və Azərbaycanla Ermənistan sərhədində bütün tədbirləri görməlidirlər.  

 

Bəyanat müəllifləri ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Pasxa və Novruz bayramlarında tərəflərin atəşkəs  rejiminə əməl etməsi ilə bağlı çağırışını da dəstəkləyiblər: “Biz tərəfləri xalqların bu bayramları dinc şəraitdə qeyd etməsinə şərait yaratmağa çağırırıq”.

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-ə sədrlik edən Almaniyanın nümayəndəsi tərəflərlə münaqişənin tənzimlənməsi elementləri, zorakılığın azaldılması və insanlar arasında təmasın təşviq edilməsi istiqamətində işləməyə davam etdiklərini də vurğulayıblar.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • zakir hesenov ispaniyanin ume birlesmesini ve indra sistemleri sirketini ziyaret edib
    Zakir Həsənov İspaniyanın UME birləşməsini və "İndra sisteml...
  • the business year azerbaijan 2016 xususi buraxilisinin teqdimati kecirilib
    "The Business Year: Azerbaijan - 2016" xüsusi buraxılışının ...
Zakir Həsənov İspaniyanın UME birləşməsini və +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2016

USD
1.49
 
EUR
1.6614
 
RR
0.0225
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ