XƏBƏR LENTİ

Böyüt
TOP 5

Bakıda ağır yol qəzası nəticəsində sürücü yanaraq ölüb

Bakı. Fərahim Qasımov-APA. Ötən gecə Bakıda baş verən ağır qəzada sürücü yanaraq ölüb. APA -nın məlumatına görə, hadisə Xətai rayonu, Xocalı prospektində qeydə alınıb. Belə ki, sözügedən prospektlə sürətlə hərəkət edən  "Chevrolet" markalı avtomobil "Beynəlxalq Sığorta Şirkəti"nin binasına çırpılıb. Zərbənin təsirindən sığorta şirkətinin daşdan hörülmüş pilləkənləri dağılıb. Daha sonra avtomobil yanmağa başlayıb. Maşının ön hissəsi tamamilə sıradan çıxdığından sürücü sükan arxasında sıxılıb. Avtomobili tərk edə bilməyən sürücü yanaraq ölüb.

 

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanan avtomobil söndürülüb. Daha sonra xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə yanan avtomobildən sürücünün meyitini çıxarmağa müvəffəq olublar.

 

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub. Polisdən verilən məlumata görə, sürücünün üzərində sənəd olmadığından onun kimliyini müəyyən etmək mümkün olmayıb. Avtomobilin 90 VR 913 dövlət nömrə nişanının yol polisinin "bort kompüteri"ndə axtarışı zamanı onun Əhmədov Nicat Mehrab oğluna aid olduğu çıxıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • rusiyanin sabiq idman nazirinin oglu avtomobille dayanacaqdaki piyadalari vurub
    Rusiyanın sabiq idman nazirinin oğlu avtomobillə dayanacaqda...
  • 28 may respublika gunu londonda tenteneli qeyd edilib
    28 May Respublika günü Londonda təntənəli qeyd edilib
Rusiyanın sabiq idman nazirinin oğlu avtomobillə dayanacaqdakı piyadaları vurub   28 May Respublika günü Londonda təntənəli qeyd edilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2016

USD
1.4906
 
EUR
1.6677
 
RR
0.0226
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ