XƏBƏR LENTİ

Böyüt
TOP 5

Bakıda avtobus sürücüsü iş yoldaşını qətlə yetirib

Bakı. Mahir Məmmədli-APA. Bakıda avtobus sürücüsü iş yoldaşını qətlə yetirib.

 

APA-nın məlumatına görə, hadisə Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində baş verib.

 

4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı Məmməd Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb.

 

İlkin ehtimala görə, sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. Mübahisə zamanı ürək nahiyəsindən bir bıçaq zərbəsi alan  Zülfüqar Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Qətli törədən Məmməd Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan istintaq tədbirlərindən sonra məlum olacaq. Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

4 saylı marşrut xəttinin daşıyıcısı “Çinar Trans” MMC-nin nümayəndəsi Zamin Sadıqov APA-ya bildirib ki, şirkət sürücülər arasındakı qanlı münaqişənin səbəblərindən məlumatsızdır. Şirkət nümayəndəsinin sözlərinə görə, qətlə yetirilən Zülfüqar Əzizli 4 saylı marşrut xəttində işə 2-3 gün əvvəl başlayıbmış: “Aralarında mübahisə yaranıb. Məmməd Zülfüqarı bıçaqlayıb. Hadisədən sonra onun özü iş yoldaşını xəstəxanaya çatdırmağa çalışıb. Lakin yolda dünyasını dəyişib. Məmməd Məmmədov özü polisə gedərək, təslim olub”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • elcin sirinov parisde sen jermen de pre caz festivalina azerbaycan ruhunu getirir fotosessiya
    Elçin Şirinov Parisdə “Sen-Jermen-de-Pre” Caz Festivalına Az...
  • rusiyanin sabiq idman nazirinin oglu avtomobille dayanacaqdaki piyadalari vurub
    Rusiyanın sabiq idman nazirinin oğlu avtomobillə dayanacaqda...
Elçin Şirinov Parisdə “Sen-Jermen-de-Pre” Caz Festivalına Azərbaycan ruhunu gətirir - FOTOSESSİYA Rusiyanın sabiq idman nazirinin oğlu avtomobillə dayanacaqdakı piyadaları vurub   +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2016

USD
1.4906
 
EUR
1.6677
 
RR
0.0226
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ