XƏBƏR LENTİ

Böyüt
09:34 01 İyun
06:53 01 İyun
TOP 5

Büdcə təşkilatlarında maliyyə pozuntuları ilə bağlı cəza sərtləşdirilir

budce teskilatlarinda maliyye pozuntulari ile bagli ceza sertlesdirilir

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda maliyyə pozuntuları ilə bağlı yeni cəza tətbiq olunur. 

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 410-cu (Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması) maddəsinə yeni 3-cü bənd əlavə olunur. Yeni bəndə görə, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılması əməlləri 4 min manatdan yuxarı məbləğdə törədildikdə həmin vəzifəli şəxs 4 min manatdan 8 min manata qədər cərimə olunacaq.

 

Maddənin hazırda qüvvədə olan bəndlərinə görə isə, qeyd olunan əməllər 1000 manata qədər və 1000 manatdan yuxarı törədildiyi təqdirdə cəzalar təsbit olunub ki, bu da 500 manata qədər cərimədir.

 

Layihə artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • metropolitencilerin usaqlarinin resm sergisi kecirilib
    Metropolitençilərin uşaqlarının rəsm sərgisi keçirilib...
  • nazirlik 165 elili istirahet ve saglamliq merkezlerine gonderib
    Nazirlik 165 əlili istirahət və sağlamlıq mərkəzlərinə göndə...
Metropolitençilərin uşaqlarının rəsm sərgisi keçirilib Nazirlik 165 əlili istirahət və sağlamlıq mərkəzlərinə göndərib +2
MƏZƏNNƏ
FOREX
/ 01 İyun, 2016

USD
1.4918
 
EUR
1.6595
 
RR
0.0224
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ