XƏBƏR LENTİ

Böyüt
TOP 5

Baş prokuror İntiqam Əliyevlə bağlı kassasiya protesti verib

bas prokuror intiqam eliyevle bagli kassasiya protesti verib

Bakı. Şəhriyar Əlizadə - APA. Baş prokuror Zakir Qaralov Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair əlavə kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

 

Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadov bildirib ki, kassasiya protestinə martın 28-də baxılacaq.

 

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Hazırda məhkəmədə onun şikayətinə baxılır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • 28 may respublika gunu londonda tenteneli qeyd edilib
    28 May Respublika günü Londonda təntənəli qeyd edilib
  • gencede mebel sexinde yangin olub 1 nefer xesaret alib yenilenib
    Gəncədə mebel sexində yanğın olub, 1 nəfər xəsarət alıb - Y...
28 May Respublika günü Londonda təntənəli qeyd edilib Gəncədə mebel sexində yanğın olub, 1 nəfər xəsarət alıb  - YENİLƏNİB +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2016

USD
1.4906
 
EUR
1.6677
 
RR
0.0226
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ