XƏBƏR LENTİ

Böyüt
TOP 5

Marneulidə müsəlman əsgərlər üçün ibadət otağının açılışı olub

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın müdafiə naziri Tina Xidaşeli azərbaycanlıların kompakt yaşadığı Marneulidə yerləşən hərbi hissədə müsəlman əsgərləri üçün ibadət otağının açılışını edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən nazir müsəlman əsgərlərin Novruz bayramını təbrik edib, onlar üçün ibadət otağının açıldığını elan edib. Tina Xidaşeli orduda xidmət edən müsəlman əsgərlərə  dini inanc və ibadətlərinin vaxtlı vaxtında yerinə yetirilməsi üçün tam azadlıq verildiyini bildirib.

 

İbadət otağının açılışında çıxış edən din xadimləri müsəlman əsgərlərə ibadətlərini həyata keçirmək üçün yaratdıqları şərait üçün nazirə təşəkkürlərini bildirib və əsgərlərə xeyir-dua veriblər. Tədbirdə həmçinin Gürcüstan hökumətinin nümayəndələri də iştirak ediblər.

 

Jurnalistlərə açıqlama verən nazir müsəlman əsgərlərin demokratik ölkənin ordusunda xidmət etdiklərini vurğulayıb: "İndən belə müdafiə nazirliyinin zəmanəti ilə hər bir müsəlman əsgər öz dini inancını və ibadətini tam sərbəstliklə həyata keçirəcək. Bunun üçün lazım olan bütün şərait yaradılıb".

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • xizida agir yol qezasi ile bagli cinayet isi acilib yenilenib 4
    Xızıda ağır yol qəzası ilə bağlı cinayət işi açılıb - YENİL...
  • kurdexani sakininin 17 bas qoyunu ogurlanib
    Kürdəxanı sakininin 17 baş qoyunu oğurlanıb
Xızıda ağır yol qəzası ilə bağlı cinayət işi açılıb  - YENİLƏNİB-4 Kürdəxanı sakininin 17 baş qoyunu oğurlanıb +2
MƏZƏNNƏ
FOREX
/ 30 May, 2016

USD
1.4906
 
EUR
1.6677
 
RR
0.0226
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ