XƏBƏR LENTİ

Böyüt
TOP 5

Rəsmi Moskva: Dağlıq Qarabağ münaqişəsinin həllini ürəkdən istəyirik

resmi moskva dagliq qarabag munaqisesinin hellini urekden isteyirik

Moskva. Fərid Əkbərov - APA. "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini ürəkdən istəyir".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinq zamanı bildirib.

 

Brifinq zamanı erməni jurnalist Azərbaycan prezidenti İlham Əliyevin son çıxışlarından birindən sitat gətirib. Sitat ATƏT-in Minsk qrupunun destruktiv fəaliyyəti ilə bağlı olub. "Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini destruktiv adlandırıb. Həmsədr ölkə kimi, Rusiya Azərbaycan prezidentinin fikirlərinə necə münasibət bəsləyir?" - deyə jurnalist soruşub.

 

M. Zaxarova cavabında bildirib ki, söhbətin konkret olaraq hansı həmsədrdən getdiyini dəqiqləşdirmək gərəkdir: "Siz Azərbaycan tərəfi ilə hansı həmsədr ölkədən söhbət getdiyini dəqiqləşdirin. Biz öz ünvanımıza bunu götürə bilmərik. Uzun illər ərzində Rusiya səmimi və vicdanlı məqsədini sübut edib. Ürəkdən istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • seulda 28 may respublika gunu munasibetile resmi qebul kecirilib
    Seulda 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keç...
  • ermenistanda esgerler ucun istehsal olunan qida ve geyimler xaricde satilir
    Ermənistanda əsgərlər üçün istehsal olunan qida və geyimlər ...
Seulda 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib Ermənistanda əsgərlər üçün istehsal olunan qida və geyimlər xaricdə satılır +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2016

USD
1.49
 
EUR
1.6614
 
RR
0.0225
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ