XƏBƏR LENTİ

Böyüt
TOP 5

Qazaxda yaşlı ər-arvad nəvə və kürəkənləri tərəfindən baltalanaraq öldürülüb

qazaxda yasli er arvad neve ve kurekenleri terefinden baltalanaraq oldurulub

Qazax. Azər Məmmədli, Hafiz Heydərov - APA. Qazax rayonunda yaşlı kişi və qadını öldürməkdə şübhəli bilinən nəvə və kürəkən saxlanılıb.

 

APA-nın yerli hüquq mühafizə orqanlarına istinadən verdiyi məlumata görə,  rayonun Cəfərli kənd sakini Nəriman Bayraməli oğlu Osmanov və onun həyat yoldaşı Dünya Mehbulla qızı Bakıxanovanın meyitlərinə baxış keçirilərkən onların baltalanaraq qətlə yetirildikləri məlum olub. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nəriman Osmanovun nəvəsi, 1995-ci il təvəllüdlü Ruslan Həsənov və əvvəllər məhkum olunmuş kürəkəni, 1967-ci il təvəllüdlü Elşən Musayev tutulublar. İlkin ifadələrində onlar cinayəti törədiklərini etiraf ediblər. Qətlin tamah məqsədi ilə törədildiyi bildirilir. 

 

Faktla bağlı Qazax rayon Prokurorluğunda istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, hadisə martın 13-də rayonun Cəfərli kəndində qeydə alınıb. Kənd sakinləri - 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətlərində yaşayan 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanovanın meyitləri yaşadıqları evdə aşkar edilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • teymuraz sarasanidze cenubi qafqazin inkisafi gurcustan ve azerbaycan munasibetlerinden asilidir
    Teymuraz Şaraşanidze: "Cənubi Qafqazın inkişafı Gürcüstan və...
  • 174 iqbal agazade tesviqat kampaniyasina start verib
    ® İqbal Ağazadə təşviqat kampaniyasına start verib...
Teymuraz Şaraşanidze: ® İqbal Ağazadə təşviqat kampaniyasına start verib +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2016

USD
1.49
 
EUR
1.666
 
RR
0.0228
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ