XƏBƏR LENTİ

Böyüt
TOP 5

Əkrəm Əylisli sərbəst buraxılıb

ekrem eylisli serbest buraxilib

Bakı. Cavid Zeynallı – APA. Yazıçı Əkrəm Əylisli sərbəst buraxılıb.

 

Bu barədə APA-ya Ə. Əylislinin özü məlumat verib. Onun sözlərinə görə, səhər saatlarında hava limanında saxlanılıb: "Kitab tədbirində gedirdim, icazə vermədilər. Mən saxlanılan zaman ümumiyyətlə insident baş verməyib. Təklif etdim ki, bizi başqa reylsə yola salın, etmədilər”.  

 

“Sizin haqqınızda cinayət işi başlanılıbmı?” sualına yazıçının cavabı belə olub: “Bu haqda danışmaq istəmirəm. Evə indi çatmışam, yorğunam. Sabah hər şey haqqında danışacağam, geniş açıqlama verəcəyəm”.

 

Qeyd edək ki, Ə. Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • bineqedide hereye bir bayraq verek aksiyasi kecirilib
    Binəqədidə “Hərəyə bir bayraq verək” aksiyası keçirilib...
  • meshur fransali modelyer jan klod jitruanin bakida kolleksiyasi numayis olunub
    Məşhur fransalı modelyer Jan-Klod Jitruanın Bakıda kolleksiy...
Binəqədidə “Hərəyə bir bayraq verək” aksiyası keçirilib Məşhur fransalı modelyer Jan-Klod Jitruanın Bakıda kolleksiyası nümayiş olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2016

USD
1.49
 
EUR
1.6614
 
RR
0.0225
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ