XƏBƏR LENTİ

Böyüt
09:34 01 İyun
Foto
06:53 01 İyun
TOP 5

Azərbaycan prezidenti: ”Biz ABŞ-la ikitərəfli əlaqələrimizi yüksək qiymətləndiririk”

Bakı. Məlahət Nəcəfova -APA.”Biz ABŞ-la ikitərəfli əlaqələrimizi yüksək qiymətləndiririk”.

 

APA-nın məlumatına görə, bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Con Kerri ilə keçirilən press brifinqdə deyib.

 

O, ilk növbədə ABŞ prezidenti Barak Obamaya Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün etdiyi dəvətə görə təşəkkür edib: “Bu dostluq və tərəfdaşlıq əlamətidir. Mən bizim qarşılıqlı əlaqələrimizi yüksək qiymətləndirirəm. ABŞ Azərbaycan münasibətlərinin uzun 25 illik tarixi var. Bu münasibətlər həmişə yaxın, səmimi olub və strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim inkişaf edən iqtisadi əməkdaşlığımız mövcuddur, ABŞ şirkətləri  bizim iqtisadiyyatımıza təxminən 10 milyard dollar sərmayə qoyub. Bu uğurlu iqtisadi əməkdaşlığın və  ölkəmizin  iqtisadi inkişafının göstəricisidir. Biz birgə vacib layihələri, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən neft layihələrini ilk dəfə ABŞ-ın ciddi dəstəyi ilə icra etmişik, bu gün isə “Cənub” qaz dəhlizinin üzərində işləyirik. Bu enerji təhlükəsizliyi, diversifikasiyası və bütün iştirakçıların – istehsalçı, tranzit və istehlakçıların uzun müddətli xeyrinə olan layihədir. ABŞ hökumətinə bu layihənin icrasında güclü dəstəyinə görə təşəkkür edirik. Səmimi desək, bu dəstək olmadan bu layihənin reallaşması daha uzun müddət və səy sərf etməli olardıq. Biz işləri davam etdirirk. 2 ildən sonra "Cənub" Qaz Dəhlizi istifadəyə veriləcək"

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsinə toxunan prezident İlham Əliyev bildirib ki,  münaqişə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll edilməlidir: “Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən münaqişənin  həlli yollarının tapılmasındakı səylərinə görə ABŞ hökumətinə təşəkkür edirik. Ermənistan Azərbaycan arasında münaqişə, post-sovet ərazisindəki münaqişələr, eləcə də bütün dünyadakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Biz həmçinin regionda təhlükəsizlik istiqamətində də yaxın tərəfdaşıq. Azərbaycan Əfqanıstandakı əməliyyatlara logistik dəstək göstərir. Hava və quru nəqliyyatı, eləcə də bizim təxminən 100 hərbi qulluqçumuz NATO qoşunları ilə Əfqanıstanda çiyin çiyinə xidmət göstərir. Bizim münasibətlərimizin gündəliyi genişdir. Bu gün görüşümüz bu məsələləri, eləcə də regional problemləri əhatə edəcək. Əminəm ki, bu görüş bizim dost münasibətlərimizin inkişafında mühüm rol oynayacaq”.   

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO

FOTO

  • coratda ev yanib
    Coratda ev yanıb
  • polad bulbuloglunun medeniyyetlerin beynelxalq dialoqu azerbaycan rusiya kitabcasi isiq uzu gorub
    Polad Bülbüloğlunun “Mədəniyyətlərin beynəlxalq dialoqu: Azə...
Coratda ev yanıb Polad Bülbüloğlunun “Mədəniyyətlərin beynəlxalq dialoqu: Azərbaycan-Rusiya” kitabçası işıq üzü görüb +2
MƏZƏNNƏ
FOREX
/ 01 İyun, 2016

USD
1.4906
 
EUR
1.6598
 
RR
0.0226
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ