Bakı-APA. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə baş nazir Artur Tahir oğlu Rasizadə «Şərəf» ordeni ilə təltif edilib.
APA-nın «Azərtac» agentliyinə istinadən verdiyi məlumata görə, Artur Rasizadə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfələrə görə «Şərəf» ordeni ilə təltif edilib.