Asim Mollazadə ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb
[
08 Fevral 2010 17:55 ]
Bakı. Elnur Məmmədli – APA. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru Aleks Qriqoryevslə görüşüb. DİP mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə partiya ilə MDİ-nin əməkdaşlıq etdiyi layihələr, Azərbaycanda ictimai-siyasi vəziyyət, Azərbaycanın avroatlantik məkana inteqrasiyası mövzuları müzakirə olunub. A. Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.