Azərbaycanda idman müsabiqələri və mərc oyunları keçirən qurum yaradılıb
[
08 Fevral 2010 17:46 ]
Bakı. Rəşad Süleymanov – APA-ECONOMICS. Azərbaycanda idman müsabiqələri və mərc oyunları keçirən «Azərintellekt» QSC yaradılıb.
«APA-ECONOMICS»in məlumatına görə, Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə qeydiyyata alınmış şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, ak.H.Əliyev küçəsi ev 24-dür.
«Azərintellekt» QSC-nin nizamnamə kapitalı 100 min manat təşkil edir.Şirkətin təsisçiləri «Baltech İnvestment» MMC, «İdeal Construction» MMC, Türkiyənin «İntellekt İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret A.Ş.» («Turkcell» şirkətinin ortağı) şirkətidir.