Azərbaycanın ABŞ-dakı səfirliyi “Prescient Worldwide” telefon şirkətinin rəhbərliyinə etiraz məktubu göndərib
[
08 Fevral 2010 17:45 ]
Bakı-APA. ABŞ-ın “Prescient Worldwide” telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyinin müvafiq göstərişi əsasında Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərilib, həmin kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilib. Cavab məktubunda R. Minervino adıçəkilən şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlər görüldüyünü və gələcəkdə belə səhvlərin təkrarlanmayacağını bildirib.