[
26 Yanvar 2010 22:08 ]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev müdafiə naziri Səfər Əbiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
APA-nın məlumatına görə, S. Əbiyev bu ordenə Azərbaycanda ordu quruculuğu sahəsindəki xidmətlərinə görə, təltif edilib.
Qeyd edək ki, S. Əbiyev 1950-ci ilin 27 yanvarında Bakıda anadan olub. O, 1995-ci ilin fevralından Azərbaycanın müdafiə naziridir. General-polkovnikdir.