Ana səhifə > İqtisadiyyat >
İnfrastruktur
Azərbaycanla Küveyt hökumətləri arasındakı birgə komissiyanın Azərbaycan tərəfdən tərkibi təsdiqlənib
[
08 Fevral 2010 23:41 ]

Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan hökuməti və Küveyt dövləti hökuməti arasında əməkdaşlıq üçün birgə komissiyanın Azərbaycan tərəfindən tərkibi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov komissiyanın həmsədri təyin olunub.
Maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev, sənaye və energetika nazirinin müavini Natiq Abbasov, nəqliyyat nazirinin müavini Musa Pənahov, mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyev, təhsil nazirinin müavini Elmar Qasımov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, DGK sədrinin birinci müavini Səfər Mehdiyev, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Sabir İlyasov, Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev, Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə, Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev komissiyanın üzvləri təyin ediliblər.
Xarici İşlər Nazirliyinə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi barədə Küveyt Dövləti tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.
|