Bakı.Süleyman Fərzəliyev-APA. “İran hər il 100 tammetrajlı film istehsal etməklə dünyada 14-cü yeri tutur”. APA-nın məlumatına görə, bu sözləri Bakıda Kinematoqrafçılar İttifaqında keçirilən “İran kino günləri”nin açılış mərasimində İran Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri deyib. O bildirib ki, İranda İslam inqilabından sonra film sahəsində çox inkişaf olub, kişi rejissorlarla yanaşı, qadın rejissorlar da müasir texnologiyalardan istifadə edərək, ictimai, mədəni, mənəvi və kriminal filimlər eləcə də, teleseriallar çəkirlər.
Açılış mərasimində çıxış edən İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami isə deyib ki, İran xalqı 31 il ərzində çox zəhmətlərə qatlaşaraq azad və sözün əsl mənasında müstəqil bir dövlətə sahib olub. Səfir Hollivud filmlərinin çoxunu bəşəriyyət üçün zərərli olduğunu deyib. O hər bir gəncin öz tarixini bilməsinin zəruri olduğunu vurğulayaraq onlara Hollivudun çəkdiyi iyrənc filimlərdən uzaq olmalarını tövsiyə edib. M. Bəhrami şərq aləminin və İranın istehsal etdiyi filimlərin insani dəyərlərə, əxlaqa və milliliyə uyğun olduğunu bəyan edib. Səfir Azərbaycanın gələcəyini aydın gördüyünü və bu ölkədə yüksək fitri istedada malik olan cavanların olduğunu bildirib.
Mərasimdə iştirak edən Azərbaycan xalq artisti Rasim Balayev İran filimlərinin dünyada müxtrəlif kino festivallarda iştirak edərək nailiyyətlər əldə etdiklərini deyib. R. Balayev Mədəniyyət Nazirliyi ilə gələcəkdə ikitərəfli əlaqələrin daha da inkişafı üçün müştərək mövzuda filim layihələrinin olacağına ümid etdiyini bildirib.
Açılış mərasimindən sonra İran istehsalı olan “Boş əllər” filmi nümayiş etdirilib.
Qeyd edək ki, “İran kino günləri” çərçivəsində sabah Bakıda tanınmış azərbaycanlı rejissor Məcid Məcidinin “Sərçələrin nəğməsi” adlı filmi nümayiş etdiriləcək.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az