Bakıda ənənəvi “Məktəbli üçün biznes - 2009” layihəsinin final mərhələsi keçirilib
[
26 May 2009 17:27 ]
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda ənənəvi “Məktəbli üçün biznes - 2009” layihəsinin final mərhələsi keçirilib. APA-nın məlumatına görə, bu layihə “Junior Achievement”in təşkilatçılığı ilə bp və tərəfdaşlarının, həmçinin USAİD-in sponsopluğu ilə keçirilir. Təhsil Nazirliyi ilə strateji tərəfdaşlıq çərçivəsində 2000-ci ildən başlayaraq Azərbaycan məktəblərinin 10-11-ci siniflərində iqtisadiyyat və biznes-marketinq dərsləri keçirilir. İl ərzində məktəblərdən ümumilikdə 135 uşaq seçilib, onlardan 63 nəfəri final mərhələsinə qatılmaq hüququ qazanıb. Komandalara bölünən uşaqlar müsabiqəyə biznes ideya təqdim ediblər. Finala daha uğurlu biznes layihələri Bakı, Kürdəmir və Yevlax məktəblilərindən təqdim olunub. Müsabiqədə “Ən yaxşı biznes ideyası”, “Ən yaxşı maliyyə planı”, “Ən yaxşı marketinq”, “Ən innovasiya olunmuş məhsul”, “İstehsal sahəsində ən yaxşı biznes ideyası” və “Xidmət sahəsində ən yaxşı biznes ideyası” nominasiyaları üzrə qaliblər müəyyən olunub.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az