Bakıda yas mərasimində üç nəfər dəm qazından zəhərlənib
[
08 Fevral 2010 19:02 ]
Bakı. Hafiz Heydərov - APA. Bakıda yas mərasimində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında rayonun Zığ qəsəbəsində yerləşən “Mərasim” çay evində keçirilən yas mərasiminə qatılan, Bakı şəhər sakinləri - 57 yaşlı Nərgiz Rəfiyeva, 33 yaşlı Fərqanə Kərimova və 40 yaşlı Həbibə Musayeva dəm qazından zəhərləniblər.
İlkin məlumata görə, hadisəyə yas mərasiminin keçirildiyi zalda quraşdırılmış qaz sobası səbəb olub.
Xəsarət alanlar təcilli tibbi yardım maşınları ilə Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdiriliblər.
KTM-dən APA-ya bildirilib ki, hazırda onların vəziyyəti kafidir.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az