Русский  | English  | Français  | عربي  |
wap.apa.az

xəbər
foto
video
 
 

 
     
Ana səhifə Son xəbərlər Siyasət Xəbər İqtisadiyyat Dünya Mədəniyyət İdman Hərbi Foto Video Abunə
Sizin link burada
 
 son xəbərlər
 

11 Mart 2010 06:38

Barak Obama Haitidə yeni fəlakətin baş verməsindən ehtiyat edir

11 Mart 2010 05:57

ABŞ dövlət katibi Rusiyaya səfər edəcək

11 Mart 2010 04:08

Dünya birjalarında neftin qiyməti qismən artıb

11 Mart 2010 03:15

NATO Somali piratlarına qarşı əməliyyatların müddətini 2012-ci ilə qədər uzadıb

11 Mart 2010 03:02

Ottavada Azərbaycan Səfirliyinin himayəsi altında ekoloji problemlərin müzakirəsi keçirilib

11 Mart 2010 01:43

Karlos Slim Elu dünyanın ən varlı adamıdır

11 Mart 2010 00:39

Azərbaycanla Marşal Adaları arasında diplomatik əlaqələr qurulub

10 Mart 2010 23:43

Rusiyada alkoqollu içkilərin saat 21.00-dan sonra satışı qadağan oluna bilər

10 Mart 2010 22:56

Çexiyanın Azərbaycandakı Səfirliyi şengen vizalarının verilməsinə başlayır

10 Mart 2010 22:17

Avropa İttifaqı ölkələrinin vətəndaşları ABŞ-a vizasız gedib-gəlmək imkanı əldə edə bilərlər

10 Mart 2010 21:07

Mingəçevir sakini qonşusunu bıçaqlayıb

10 Mart 2010 20:54

İsraildə onkoloji xəstələrə qulluq üzrə məzuniyyət veriləcək

10 Mart 2010 19:52

Ucar və Göyçay rayonlarına elektrik enerjisinin verilməsində fasilə yaranıb

10 Mart 2010 19:51

Mingəçevirdə həmyerlisini döyərək onun mağazasını yandıran şəxs Zaqatalada tutularaq istintaqa təhvil verilib

10 Mart 2010 19:45

Azərbaycan paytaxtında məktəb binasında baş verən yanğın söndürülüb - FOTO

10 Mart 2010 19:29

“Eurovision-2010” müsabiqəsinin aparıcıları məlum olub – FOTO

10 Mart 2010 19:27

“Natəvan” klubunda fars şairi Söhrab Sipehri və fransız şairi Mişel Uelbekin şeirlər kitablarının təqdimatı keçirilib

10 Mart 2010 19:16

Moldova, Xorvatiya, Rumıniya, Portuqaliya və Belçika “Eurovision-2010” təmsilçilərini müəyyənləşdiriblər - FOTO

10 Mart 2010 19:08

İranda casusluqda ittiham olunan bir neçə nəfər həbs edilib

10 Mart 2010 18:59

İran Xarici İşlər Nazirliyinin sözçüsü: “Sahilyanı ölkələr Xəzərin hüquqi statusu ilə bağlı məsələni 70 faiz razılaşdırıblar”

10 Mart 2010 18:46

Sabunçuda orta məktəbdə yanğın başlayan zaman binada 1000 məktəbli olub

10 Mart 2010 18:46

Gəncənin “Əfsanələr paytaxtı” elan edilməsi münasibəti ilə tədbir keçirilib

10 Mart 2010 18:46

Ötən il DSX əməkdaşları tərəfindən dini-ekstremizmi təbliğ edən çoxlu sayda ədəbiyyat nümunələri aşkarlanıb

10 Mart 2010 18:45

Elmar Məmmədyarov İraqın Azərbaycandakı səfirini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib

10 Mart 2010 18:45

Venesiya Komissiyasının 82-ci plenar iclasında Azərbaycanın hüquqi-normativ aktları barədə məsləhətləşmələr aparılacaq

10 Mart 2010 18:38

Azərbaycanda yol polisinə helikopter alınacaq

10 Mart 2010 18:34

Bu gün BBVB-nin valyuta bölməsində 1,899 mln. dollarlıq əqdlər bağlanılıb

10 Mart 2010 18:28

Əli Abbasov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə görüşüb

10 Mart 2010 18:25

Bakıda Böyük Britaniyada istehsal olunmuş filmlərin nümayişi təşkil ediləcək

10 Mart 2010 18:19

Zərdabda nəqliyyat vasitələrinin ekologiyanı çirkləndirməsinin qarşısını almaq məqsədi ilə reyd keçirilib

10 Mart 2010 18:15

Sabunçuda orta məktəb binası yanır

10 Mart 2010 18:09

Ötən il Azərbaycan istehsalı olan 18 adda müdafiə təyinatlı məhsul silahlanmaya qəbul edilib

10 Mart 2010 18:05

Tovuz rayonundakı hərbi hissədə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişən hərbçi doğulduğu Göyçay şəhərində dəfn edilib

10 Mart 2010 18:04

Əfv Komissiyasının iclası keçirilir

10 Mart 2010 18:03

“Neftçi” klubunda növbəti məşqçi istefası reallaşıb

10 Mart 2010 18:03

Sadıq Sadıqov: “Neftçi” super transferlər edəcək” - MÜSAHİBƏ

10 Mart 2010 18:02

Azərbaycan 2009-cu ildə müdafiə sahəsində əməkdaşlığa dair 4 hökumətlərarası və 3 nazirliklərarası sənəd imzalayıb

10 Mart 2010 17:54

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi bir sıra yeni avadanlıqlarla təmin olunub

10 Mart 2010 17:53

Azərbaycan prezidenti Polşanın baş naziri ilə görüşüb

10 Mart 2010 17:51

Eynulla Fətullayevin cinayət işinin istintaqı yekunlaşıb

10 Mart 2010 17:51

Asiya İnkişaf Bankının qiymətləndirici missiyası Azərbaycana gələcək

10 Mart 2010 17:46

İran Milli Bankına silahlı basqın olub - FOTO

10 Mart 2010 17:46

Azərbaycan prezidenti Almaniyanın RWE şirkətinin idarə heyətinin sədrini qəbul edib

10 Mart 2010 17:23

Elmira Süleymanova BMT-nin HİV/AİDS proqramının regional əlaqələndiricisini qəbul edib

10 Mart 2010 17:01

İrəvan və Şuşa teatrlarının Bakıda yerləşdikləri binalar əsaslı təmir olunacaq

10 Mart 2010 16:59

Azərbaycan “SpaceCom” proqram təminatının praktik öyrənilməsinə dair seminarda iştirak edib

10 Mart 2010 16:56

Azərbaycanda fəaliyyət göstərən bankların ROA əmsalı üzrə renkinqi

10 Mart 2010 16:53

Bakı Apellyasiya Məhkəməsi bloqgerlərin şikayətini təmin etməyib

10 Mart 2010 16:53

Azərbaycan paytaxtında baş verən yanğında 4 yaşlı qız yanaraq ölüb

10 Mart 2010 16:40

London Sitinin meri: Azərbaycanın bank sənayesi şəffaflıq standartı və effektiv idarəetmə nümunəsidir

Digər xəbərlər
>>>

 Top 5
 

09 Mart 2010 16:39

Azərbaycanda məktəblilərin yaz tətilinin vaxtı dəyişdirilib

09 Mart 2010 16:29

Azərbaycan əsgəri hərbçi yoldaşını güllələyib

10 Mart 2010 12:05

Azərbaycan paytaxtında 11-ci sinif şagirdi özünü asıb

09 Mart 2010 19:32

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

09 Mart 2010 14:19

Qoran Lenmarker: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etmək zamanıdır”
 
Bank of Baku: Xanımlar üçün sürpriz dolu həftə!
 
 
 
     

Ana səhifə > Mədəniyyət > İncəsənət

Bəstəkar Aqşin Əlizadə: “Bəzi istedadsız, zəif adamlar Bəstəkarlar İttifaqını bir “sobes” kimi işlədirlər” - MÜSAHİBƏ
[ 13 Noyabr 2009 17:39 ]
“Muğamı həm ifa edib, həm anlamaq üçün Azərbaycanda anadan olmaq lazımdır”

Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti Aqşin Əlizadənin ittifaqın 75 illik yubileyi ərəfəsində APA-ya müsahibəsi

- Azərbaycanın bugünkü bəstəkarlıq məktəbini necə xarakterizə edə bilərsiniz?

- Bu gün əsas çalışanlar yaşlı nəsil bəstəkarlarıdır. Ballada əsərlərin yaranması çox çətin olur. Bu o demək deyil ki, hamı gərək bir üsulla yazsın. İstedad hər yerdə bilinir. Mənə elə gəlir ki, çox adamlar reklamla, özlərini tərifləməklə məşğul olur, amma əslində sənət ciddi yanaşma tələb edir. Fəxri adlar, mükafatlar üçün yazmaq yox, axtarışda olmaq lazımdır. Biz musiqiyə belə gəlmişik. Bizim müəllimlər də sənətə belə gəlib. Məni heç zaman nə müəllimlərim, nə də tələbələrim tərifləməyib. Söhbət sənətə ciddi yanaşmadan gedir. Bu o demək deyil ki, bizim istedadlarımız tükənib. Bəzi adamlar özlərini reklam etməklə məşğuldur. Amma musiqi ilə biznes tutmur.

- Deməli, fikrinizcə, əsas çatışmayan məsələ maddiyyatla bağlıdır? Yəni bu sahədəki maddi vəziyyət gəncləri qane etmir?

- Gənc yaşda olanda mənim özümün ciddi problemlərim olub. Müalicəyə ehtiyacım olub. Bilirəm ki, mənim yoldaşlarım da belə problemlərlə üzləşiblər. Amma bütün bunlar bizim yaradıcılığımıza mane olmayıb ki. Digər tərəfdən isə bəstəkarın qocası, cavanı olmaz. Bəstəkar ya olur, ya da olmur. Məsələn, Asəf Zeynallı 22, Şubert 32 yaş yaşayıb. Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev ən görkəmli əsərlərini 30 yaşına kimi yazıblar. Yəni bəstəkarın pulu, evi olmayanda, bircə kostyumu olanda və yaxud da bu kostyumu dostundan borc alıb konsertə gedəndə ən yaxşı əsərlərini yazır. Belə şeylər məndə də olub.

- Bu gün 75 illiyini qeyd edən Azərbaycan Bəstəkarlar İttifaqı haqqında nə deyə bilərsiniz?

- Bəstəkarlar İttifaqının yaranması çox mühüm bir hadisədir. Bu hadisənin bizim mədəniyyətimizə çox mühüm faydası olub. Çünki bəstəkarlar bir yerə yığılıb öz fikirlərini söyləyə biliblər. Ona görə ittifaqın xeyri çox olub, amma bu gün mənə elə gəlir ki, yeni bir üsul tapmaq lazımdır. Çünki heç nə dəyişməyib, iş prinsipi 50 il, 60 il necə var idisə, bu gün elə də qalır. Bəzi istedadsız, zəif adamlar Bəstəkarlar İttifaqını bir “sobes” kimi işlədirlər. Bu gün bu hal bütün ittifaqlarda var. Orada bizdən hər şey tələb edirlər, ancaq bizdə heç nə yoxdur. Onlar bizə deyəndə, bizdə gedib onlar üçün yalvarırıq. İndi yazıqları gələndə maddi yardım verirlər, gəlməyəndə heç nə vermirlər. Onlar da bizdən küsürlər. Amma mən sizə deyim ki, bəstəkar, musiqişünas öz musiqi ilə tanınmalıdır. Güclü əsər həmişə ifa olunacaq, əsas budur. Amma bir çox hallarda bunu düşünmürlər. Hər bir hərəkatın, hər bir musiqi dünyasının böhran vaxtları da, yenidənqurma vaxtı da olub.

- Bəs hazırkı vəziyyəti bunların hansına aid etmək olar?

- Mən heç kəsdən, heç kimdən nə çəkinirəm, nə də qorxuram. Bizdə özünü tərifləmə meyli, televiziyalarda nümayiş olunan şoular musiqi sahəsinə çox ziyan gətirir. Ümumiyyətlə, bəstəkar ciddi bir adam olmalıdır. Bəstəkar fəhlədir, daşyonan Fərhaddır. O, daşı yaranda da fikirləşir ki, burada nə olacaq? Amma onu yarmalıdır. Bugünkü vəziyyətimizdən də qorxmayın. Çünki Azərbaycan mədəniyyətinin çox güclü bəstəkarlıq təməli var. Bu təməl bizim böyük bəstəkarlarımız, ilk növbədə isə Üzeyir Hacıbəyov tərəfindən qoyulub. Əsas olan budur. Bütün Şərq aləmində, İslam dünyasında yeganə bir dövlət və xalqıq ki, bizim bəstəkarlıq məktəbimiz dünya səviyyəsindədir. Bu gün ən azı Azərbaycanın dörd-beş çox güclü bəstəkarı var. Mən o bəstəkarların adlarını sadalaya bilməyəcəyəm, çünki bu, düzgün olmaz. Əsas odur ki, onlar var. Siz onların hamısını tanıyırsınız, hər gün onların əsərlərini dinləyirsiniz. Onlar dünyada da, keçmiş Sovetlər respublikalarında da, Azərbaycanda da sevilirlər.

- Keçirilən tədbirlərdə Azərbaycanın dünya şöhrətli bəstəkarı Arif Məlikovu da görmədik. Tədbirlərə dəvət olunmayıb, yoxsa iştirakdan imtina edib?

- Arif Məlikov mənim çox böyük hörmət etdiyim insanlardan və bəstəkarlardan biridir. Arifin axı yaşı çoxdur, səhhəti yerində deyil. Mən onunla konservatoriyada da bir yerdə işləyirəm. Qocalanda insan ağır tərpənir, biz axı artıq gənc deyilik. Həm də beyin də yorulur. Ona görə də heç kimi qınamaq olmaz. Arif böyük bəstəkar olmaqla yanaşı, çox cürətli bir insandır, yaxşı yoldaşdır. Sadəcə biz bir-birimizə bəzi şeyləri keçməliyik, yoxsa hamımız küsülü olsaq, nə əldə edəcəyik ki? Mən bu vaxta qədər heç kimdən küsməmişəm, deyəsən heç məndən də küsməyib.

- Tarix boyu Azərbaycan musiqi əsərləri bədnam qonşular tərəfindən mənimsənilib və bu proses bu gün də davam etməkdədir. Bu prosesə qarşı hansı mübarizə üsulu həyata keçirilməlidir?

- Bunların hamısı boş-boş şeylərdir. Musiqini oğurlamaq qeyri-mümkündür. Biz Motsartın əsərlərini ifa edirik, bu, o demək deyil ki, bizim başqa məqsədimiz var. Bu məsələni şişirdirlər, sonra da sözlərinin arxasında gizlənirlər. “Sarı gəlin”, “Uzun dərə”ni heç zaman mənimsəyə bilməzlər, onlar hər zaman səslənəcək. Hətta fəxr edəcəyik ki, bizim musiqimiz hər yerdə, bütün ölkələrdə ifa edilir, səslənir. O bədnam qonşularınsa adını ümumiyyətlə çəkmək lazım deyil. Bu adamlar axı haradan gəlib, yersiz adamlardır, başqalarının yerlərini də, mədəniyyətləri də mənimsəyirlər. Bizim də, gürcülərin də musiqisini oğurlayırlar. Musiqini oğurlamaqla iş düzəlmir, musiqini yaratmaq lazımdır. Əgər biz yaradırıqsa, deməli onun müəllifi bizik. “Segah” bizimdir, onu ömründə oğurlaya bilməzlər. Çünki azərbaycanlılardan başqa “Bayatı şiraz”ı, “Segah”ı oxuya bilən millət yoxdur. Muğamı həm ifa edib, həm anlamaq üçün Azərbaycanda anadan olmaq lazımdır.

- Bu gün gənc bəstəkarların Bəstəkarlar İttifaqına üzvlüyü hansı şərtlər əsasında həyata keçirilir?

- Gənc bəstəkarların fəaliyyətinə, savadına baxırıq. Bizim gənclərin əksəriyyəti savadlıdır, çünki konservatoriyada təhsil alırlar, biz onlara dərs deyirik. Bu gün onlar zəif əsərlər ortaya çıxara bilərlər, lakin parlaq əsər həmişə olmur. Biz bəstəkarın professionallığına baxırıq, əgər peşəkarlıq varsa, deməli bu insan Bəstəkarlar İttifaqına üzv qəbul oluna bilər. Əsas şərtimiz professionallıqdır. Bəstəkar yaxşı və ya pis mahnını ayırd etməyi bacarmalıdır. Hər bəstəkarın ildə bir böyük əsər yaratması mümkün deyil. Bəlkə də o əsəri yaratmaq üçün beş il lazımdır, biz bunu da nəzərə alırıq. Gənc bəstəkarlar arasında zəifləri ola bilər, biz onlara yardım etməyə çalışırıq.


  Çap üçün variant    Seçilmişlərə əlavə et    Poçtla göndər    RSS üçün keçid  



     Bölmədən digər xəbərlər    















































































































 Video



 Foto



 Valyuta  
Forex
Valyuta Kurs  
EUR 1.0926
RR 0.027
USD 0.8034
Yenilənib: 10-03-2010

 Arxiv  
<<     ,    >>





 
 
 
 

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by DigitalBrand & APA