Русский  | English  | Français  | عربي  |
mobile
wap.apa.az

xəbər
foto
video
 
 

 
     
Ana səhifə Son xəbərlər Siyasət Xəbər İqtisadiyyat Dünya Mədəniyyət Eurovision 2012 İdman Hərbi Foto Video Abunə
Azərbaycan Beynəlxalq Bankının xəbərləri
 
 son xəbərlər
 

17 May 2012 13:54

Bakı sakini Şamaxıdakı bağ evində qətlə yetirilib

17 May 2012 13:48

«Air Astana» aviaşirkəti Astana-Bakı marşrutu ilə uçuşlara başlayır

17 May 2012 13:40

Yaponiya iqtisadiyyatı böhrandan çıxıb

17 May 2012 13:38

Azərbaycan və Serbiya bir sıra sahələrdə birgə layihələr həyata keçirəcək

17 May 2012 13:36

Avropa Komissiyasının Azərbaycanla bağlı son hesabatının təqdimatı keçirilib

17 May 2012 13:23

Bakıda Qafqaz regionunun sığorta bazarında perspektivlərlə bağlı beynəlxalq forum keçiriləcək

17 May 2012 12:56

Yaponiya bankı İran Mərkəzi Bankı və hökumətinin hesablarını dondurub

17 May 2012 12:55

Bakı sakinindən hədə ilə xeyli miqdarda pul almış şəxslər saxlanılıb

17 May 2012 12:51

Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimad mühitinin möhkəmləndirilməsinə dair tədbirlər paketi hazırlayıb

17 May 2012 12:50

Sumqayıtda avtomobil 3 yaşlı uşağı vuraraq öldürüb

17 May 2012 12:48

Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir, bəzi rayonlarda 33 dərəcə isti olacaq

17 May 2012 12:46

Yardımlı rayon sakini Beyləqanda özünü tüfənglə vuraraq öldürüb

17 May 2012 12:43

Azərbaycanda “Qız Qalası” III Beynəlxalq İncəsənət Festivalı keçirilir

17 May 2012 12:41

Britaniyanın baş naziri Yunanıstana avrozonanı tərk etməməyi tövsiyə edir

17 May 2012 12:39

Azərbaycanda qəsdən adam öldürməyə görə tutulan şəxsin 18 il axtarışda olduğu açıqlanıb

17 May 2012 12:35

Azərbaycan paytaxtında 4 ulduzlu yeni otelin açılışı olub - YENİLƏNİB-FOTO

17 May 2012 12:32

“Rabitə” klubu 2 məşhur voleybolçu ilə müqavilə bağlayıb

17 May 2012 12:26

Azərbaycan əhalisinin 14%-i pensiyaçılardır

17 May 2012 12:08

Roland Kobia: “Avropa Birliyinin rəsmisi Dağlıq Qarabağa səfər etsə, bu, heç də o demək deyil ki, Avropa Birliyi oranı müstəqil ərazi kimi tanıyır” - FOTO

17 May 2012 11:57

ARDNŞ dövlət büdcəsinə ödənişləri 26% artırıb

17 May 2012 11:54

Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə danışıqların növbəti raundu gələn ay Brüsseldə keçiriləcək

17 May 2012 11:51

İranda girovluqda saxlanılan iki Azərbaycan vətəndaşı azad edilib

17 May 2012 11:50

Azərbaycanda vətəndaş cəmiyyəti üçün Milli Gündəlik qəbul olunub

17 May 2012 11:37

Yuto Naqamoto: “Azərbaycanla oyun bizim üçün çox vacibdir”

17 May 2012 11:31

Avropa Mərkəzi Bankı bir sıra Yunanıstan banklarının kreditləşməsini dayandırıb

17 May 2012 11:31

4 əcnəbi futbolçu “Xəzər Lənkəran” klubundan kənarlaşdırılıb

17 May 2012 11:20

Slovakiya təmsilçisi: “Eurovision”da iştirak etmək üçün avtomobilimi satmışam” - FOTO

17 May 2012 11:15

«AXA-Mbask» sığorta şirkəti «Extranet» veb-şəbəkəsinin tətbiqinə başlayır

17 May 2012 11:09

Mədəniyyət və Turizm Nazirliyi “Mədəniyyət abidələrimiz” adlı foto müsabiqəsi keçirir

17 May 2012 11:06

Hacıqabul sakini Kür çayında batıb

17 May 2012 11:05

Astarada baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır yaralanıb

17 May 2012 11:04

Kürdəmirdə yol qəzasında 3 nəfər ağır xəsarət alıb

17 May 2012 11:00

Azərbaycanın Türkiyədəki səfiri Qaziantepə səfər edib

17 May 2012 10:49

Norveç təmsilçisi Tooji: “Norveç “Eurovision” yarışmasını keçirməyə hər zaman hazırdır” – MÜSAHİBƏ

17 May 2012 10:46

Azərbaycan İzmirdə keçirilən «PLASTECH-2012» sərgisində iştirak edib - FOTO

17 May 2012 10:44

ABŞ Konqresinin Alt Komitəsi Dağlıq Qarabağdakı separatçı rejimə ayrılan yardımın miqdarını 2,5 dəfə artırmağı təklif edib

17 May 2012 10:41

Qusarda 30 yaşlı şəxs özünü yandırıb

17 May 2012 10:35

Mexikoda “Dost ölkələrin mədəniyyət yarmarkası” başlayıb – FOTOSESSİYA

17 May 2012 10:33

Ermənilər Azərbaycan əsgərini yaralayıblar

17 May 2012 10:31

«Azərpoçt» zəlzələ bölgəsində keçirilən monitorinqlərin nəticələrini açıqlayıb

17 May 2012 10:29

Mədət Quliyev: “Son illər ərzində vərəm xəstəliyindən ölən məhkumların sayı azalıb”

17 May 2012 10:27

Lənkəran və Masallı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

17 May 2012 10:25

«Nabucco» konsorsiumu Azərbaycan qazının nəqli üçün yeni kəmər təklif edir

17 May 2012 10:21

Azərbaycanın Zaqatala rayonunda zəlzələ olub

17 May 2012 10:20

Azərbaycan MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir

17 May 2012 10:15

“Azərenerji”nin əməkdaşı rüşvətə görə həbs edilib

17 May 2012 10:13

Astara sakini intihar edib

17 May 2012 10:09

İstanbulda güclü küləklə əlaqədar «Türk Hava Yolları»nın İstanbul-Bakı aviareysi təxirə salınıb

17 May 2012 10:08

Azərbaycanda bələdiyyə sədri həbs edilib

17 May 2012 10:07

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb

Digər xəbərlər
>>>

 Top 5
 

15 May 2012 07:53

Vaşinqtonda keçirilən İslam mədəniyyəti yarmarkasında Azərbaycan mədəniyyəti təqdim olunub

15 May 2012 07:27

Səfir Aqşin Mehdiyev: «Konqoda humanitar vəziyyət və təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi ciddi narahatlıq doğurur»

15 May 2012 09:56

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

15 May 2012 10:01

Azərbaycanda baş verən yol qəzasında bir nəfər ölüb, beş nəfər xəsarət alıb

15 May 2012 10:03

Neftin ucuzlaşması davam edir
Bank of Baku-nun “Dostlar klubu”: daimi müştərilərə yeni güzəştlər!
 
 
     

Ana səhifə > Siyasət > Təhlil

Britaniyalı parlamentar haqqında gerçəklər - TƏHLİL
                 Font ölçüsü :   a   |   A


[ 06 Oktyabr 2011 13:45 ]
Bakı - APA. Son günlər Azərbaycan dünyanın nəhəng media quruluşlarının diqqətindədir. Ölkənin adını müxtəlif məsələlərdə gündəmə gətirən transmilli medianın yazdıqları fərqli interpretasiyalarda yerli mətbuatda da əksini tapır.

BBC telekanalının AİBA və Azərbaycan Boks Federasiyası ilə bağlı yaydığı məlumatlar hələ də dünya mətbuatının gündəmindədir.

“Guardian” qəzeti isə britaniyalı parlamentar Mark Fildin baş ofisi Londonda yerləşən Avropa Azərbaycan Cəmiyyətindən maliyyələşməsi ilə bağlı məlumat yayıb. Maliyyələşmənin forması haqqında məlumat verilməsə də, Mark Fildin Britaniya parlamentinin kəşfiyyat komissiyasının üzvü olduğu yazılıb. Amma o yazılmayıb ki, Mark Fild 2010-cu ildən etibarən həm də Böyük Britaniya-Azərbaycan dostluq qrupunun sədridir. Parlamentin Azərbaycan dostluq qrupunun sədri olan şəxsin Azərbaycana səfər etməsində, bu ölkənin Britaniyadakı diasporunun tədbirlərinə qatılıb, çıxış eləməsində heç bir qeyri-adilik yoxdu. Əksinə, 2010-cu ilə kimi Britaniya-Azərbaycan dostluq qrupunun sədri olmuş Brüss Corcun ümumiyyətlə bir dəfə də Azərbaycana səfər etməməsi, bu ölkə ilə bağlı parlamentdə heç vaxt danışmaması anormal idi.

Mark Fildin başçılıq etdiyi nümayəndə heyəti indiyə qədər iki dəfə Azərbaycana səfər edib və ən yüksək səviyyədə görüşlər keçirib. Bu səfərlərin texniki təşkilatçısının Avropa Azərbaycan Cəmiyyəti olduğu isə həmin vaxt işıqlandırılan xəbərlərdə qeyd olunub. M. Fildin rəhbərlik etdiyi nümayəndə heyəti ilk dəfə 2010-cu ilin iyulunda Azərbaycana səfər edib. Həmin səfər zamanı o, APA-ya müsahibə də verib (http://az.apa.az/news.php?id=192885).

Mark Fildin başçılıq etdiyi heyətin Azərbaycana sonuncu səfəri isə bu il mayın 26-da başlayıb. Səfər rəsmi xarakter daşıyıb. Həmin səfər də digər media orqanları kimi APA-da da işıqlandırılıb (http://az.apa.az/news.php?id=224147). Mayın 26-dan 30-a qədər davam edən səfər çərçivəsində Mark Fildin başçılıq etdiyi nümayəndə heyəti cəbhəyanı bölgədə səfərdə olub, azərbaycanlı məcburi köçkünlərlə görüşüb. (http://az.apa.az/news.php?id=224144) O görüşdən sonra jurnalistlərə açıqlama verən Mark Fild deyib: “Biz burada, Azərbaycanın çox gözəl məkanında insanların qaldırdığı haqlı və ədalətli problemləri dinlədik. İstəyirik ki, bu 20 illik münaqişə həllini tapsın, insanların, xüsusilə uşaqların firavan və xoşbəxt gələcəkləri olsun”.

Öz anasının da 15 yaşlarında iki dəfə qaçqınlıq həyatı yaşadığını, qaçqınlığın insanlara vurduğu mənəvi zərbənin mahiyyətini yaxşı bildiyini deyən ingiltərəli deputat insanların dinc qonşuluq şəraitində yaşamasını arzuladığını ifadə edib. Anasının 80 yaşında öz doğma yurd-yuvasını görmədən həyatdan köçməsinin indi də onu ağrıtdığını deyən parlamentar bildirib ki, Azərbaycanda gördüklərini, eşitdiklərini Böyük Britaniya ictimaiyyətinə olduğu kimi çatdıracaq.

Mark Fildlə birlikdə Azərbaycana gələn, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, lord Con Kuluni isə deyib ki, Azərbaycan xalqının üzləşdiyi haqsızlıqlarla yaxından tanışdır: “Mən ilk dəfə azərbaycanlılar qaçqın-köçkün düşəndə burda olmuşam. O vaxtlar insanların üzləşdiyi çətinliklərin şahidiyəm. Mən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm. Britaniya parlamentində dəfələrlə Azərbaycanın lehinə çıxışlar etmişəm.”

Ölkəsində ermənilərin çox az dəstəyə malik olduğunu deyən lord Kuluni soyqırım məsələsində də Böyük Britaniyanın türklərin yanında olduğunu, ermənilərin bu iddialarının ölkəsi tərəfindən dəstəklənmədiyini söyləyib.

Qarabağ münaqişəsinin həllində İngiltərənin mövqeyinə gəlincə, britaniyalı diplomat belə deyib: “Biz belə düşünürük ki, Ermənistan bu münaqişənin həlli üçün cəhdlərini artırmağı başa düşməlidir. Ermənilər başa düşməlidirlər ki, Qarabağ münaqişəsinin həlli onlar üçün həm də böyük iqtisadi məsələlərin həlli deməkdir, ermənilər özlərini bundan məhrum edirlər”.

Bu bəyanat təkcə Qarabağla yekunlaşmayıb. Nümayəndə heyəti geri döndükdən sonra Britaniya parlamenti üçün hesabat hazırlanıb, sənədlər və şəkillər parlamentarlara paylanıb, debat təşkil olunub, parlamentarlar Qarabağda gördüklərini anladıblar: “İndi dünyanın hansı çağıdır ki, bir ölkənin torpağı işğal olunur və biz susuruq” deyə sual ediblər.

Mark Fildin başçılıq etdiyi nümayəndə heyətini prezident İlham Əliyev, parlament sədri Oqtay Əsədov qəbul edib. Bu heyət Azərbaycan-İngiltərə dostluq qrupunun üzvləri ilə görüş keçirib və bütün bu xəbərlər müvafiq qurumların saytlarında yerləşdirilib, hər bir xəbərdə səfər təşkilatçısının AAC olduğu vurğulanıb. Eyni zamanda parlamentarlar öz saytlarında bu barədə məlumatlar yerləşdiriblər.

Ümumiyyətlə, indiyə qədər AAC-nin təşəbbüsü və təşkilatçılığı ilə Böyük Britaniya parlamentinin üzvlərinin ölkəmizə 3 səfəri təşkil edilib. Hazırda Britaniyadakı partiyalarda Azərbaycan dostluq qruplarının yaradılması ilə bağlı iş aparılır.

Əlbəttə ki, bu bəyanatların, səfərlərin, reallıqları öz gözü ilə görən parlamentarların Böyük Britaniya parlamentindəki çıxışları, təşkil etdiyi debatlar, indiyə qədərki sükutun pozulması erməni diasporunu narahat etməyə bilməz. Azərbaycan problemlərinin kiçik qruplu küçə yürüşlərindən parlament tribunalarına daşınmasına işğalçıların diaspor təmsilçilərinin biganə qalacağını, adekvat addımların atılmayacağını gözləmək sadəlövhlük olardı. Bir neçə il öncə ümumiyyətlə adı çəkilməyən Xocalı faciəsi ilə bağlı indi Britaniya parlamentində yayılan sənədə 40-dan artıq parlamentarın imza atmasının erməniləri qıcıqlandırmamasını gözləmirik.

Sual başqadı: Bəs bizimkilər niyə sifarişinin haradan gəldiyi bəlli olan bu materialları nöqtəsinə-vergülünə toxunmadan yayırlar? Axı müasir informasiya əsrində axtarış sistemlərinə “Mark Fild” və ya “AAC” yazmaq çətin deyil. Axı söhbət konkret şəxslərdən yox, ölkənin marağından, başımız üstündə bayraq elədiyimiz Dağlıq Qarabağ problemindən gedir...

APA-Analitik


  Çap üçün variant    Seçilmişlərə əlavə et    Poçtla göndər    RSS üçün keçid  


     Bölmədən digər xəbərlər    





























































































 Video



 Foto




 Valyuta  
Forex
Valyuta Kurs  
EUR 1.0017
RR 0.0254
USD 0.7858
Yenilənib: 17-05-2012

 Arxiv  
<<     ,    >>

 
 
 Online 528
 
Şirkət haqqında   |   Əlaqə   |   Tərəfdaş

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by DigitalBrand & APA