Ana səhifə > Xəbər >
Din
Bu gün Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 yaşı tamam olur
 |
| |
|
Font ölçüsü : a | A
|
[
26 Avqust 2009 10:39 ]

Bakı – APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin doğum günüdür. APA-nın məlumatına görə, 26 avqust 1949-cu ildə Azərbaycanın Lənkəran rayonunun Cil kəndində anadan olub.
İlk dini təhsilini yerli din adamlarından alıb. 1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib.
1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, “Təzə-pir” məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlib.
1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilib. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardin-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz xalqlarının Ali Dini Şurasının sədri seçilib.
Ümumdünya İslam Konqresinin İdarə Heyətinin, Avrasiyanın İslam Şurasının İdarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri seçilib.
“Xalqlar arasında dostluq” ordeni (1988, SSRİ), “Əl-elm va əməl” ordeni (1992, Misir), “Şöhrət” (1994 ordeni, Misir), “İstiqlal” ordeni (1999, Azərbaycan), I Dərəcə Müqəddəs Vladimir ordeni (2001, Rus Pravoslav Kilsəsi), “Şərəf” ordeni (2001, Gürcüstan) ilə təltif edilib.
|