Cəlilabad rayonunda məişət qazının sızması nəticəsində partlayış baş verib
[
08 Fevral 2010 22:43 ]
BAKI. Ağəddin Babayev-APA. Bu gün axşam saat 19.00 radələrində Cəlilabad rayonu Uzuntəpə kəndində, 1960-cı il təvəllüdlü Camalova Gültəkin İmran qızının yaşadığı evdə məişət qazının sızması nəticəsində partlayış baş verib.
APA-nın Cənub bürosundan verilən məlumata görə, G.Camalova evdə qaz iyi hiss edib. Qonşusu, 1993-cü il təvəllüdlü Həsənov Bayram Vaqif oğlu yoxlamaq istəyərkən kibrit yandırıb və nəticədə partlayış baş verib.
Hər iki şəxs müxtəlif dərəcəli yanıqlarla Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxananın növbətçi həkimi Yusif Xankişiyevin verdiyi məlumata görə, B.Həsənovun əl və üz nahiyəsindəki yanıqlar ağır olduğundan, xəstə Bakıya göndərilib. G.Camalovanın vəziyyəti sabit qiymətləndirilir.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az