Çexiyanın Lidiçe şəhərinin küçələrindən birinə Xocalı adı veriləcək
[
09 Fevral 2010 17:57 ]
Praqa-APA. Çexiyanın Lidiçe şəhərinin küçələrindən birinə Xocalı adı veriləcək. “Azər-Çex” Cəmiyyətindən APA-ya verilən məlumata görə, şəhərin ali rəhbər orqanlarının bununla bağlı verdiyi qərarı “Azər-Çex” Cəmiyyətinə Lidiçe şəhər icra hakimiyyətinin başçısı Yozef Klima təqdim edib. Qərarın digər bir bəndində Lidiçe və Xocalı şəhərlərinin qardaşlaşması nəzərdə tutulur. Cəmiyyətin sədri Elşən Nəzərovun APA-ya verdiyi məlumata görə, bu təşəbbüsü ilk dəfə “Azər-Çex” Cəmiyyəti 2007-ci ildə qaldırıb və bu müddətdə Lidiçe şəhər rəhbərliyi ilə mütəmadi əməkdaşlıq edib.
Qeyd edək ki, Lidiçe 1942-ci ildə alman faşistləri tərəfindən yerlə yeksan edilib, yerli əhali terrora məruz qalıb. Xocalı və Lidiçe faciəsi bir-birinə oxşar olduğuna görə, 2007-ci il fevralın 27-də Lidiçedə Xocalı soyqırımından bəhs edən və 3 ay davam edən sərgi təşkil olunub.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az