Русский  | English  | Français  | عربي  |
mobile
wap.apa.az

xəbər
foto
video
 
 

 
     
Ana səhifə Son xəbərlər Siyasət Xəbər İqtisadiyyat Dünya Mədəniyyət Eurovision 2012 İdman Hərbi Foto Video Abunə
Azərbaycan Beynəlxalq Bankının xəbərləri
 
 son xəbərlər
 

17 May 2012 13:54

Bakı sakini Şamaxıdakı bağ evində qətlə yetirilib

17 May 2012 13:48

«Air Astana» aviaşirkəti Astana-Bakı marşrutu ilə uçuşlara başlayır

17 May 2012 13:40

Yaponiya iqtisadiyyatı böhrandan çıxıb

17 May 2012 13:38

Azərbaycan və Serbiya bir sıra sahələrdə birgə layihələr həyata keçirəcək

17 May 2012 13:36

Avropa Komissiyasının Azərbaycanla bağlı son hesabatının təqdimatı keçirilib

17 May 2012 13:23

Bakıda Qafqaz regionunun sığorta bazarında perspektivlərlə bağlı beynəlxalq forum keçiriləcək

17 May 2012 12:56

Yaponiya bankı İran Mərkəzi Bankı və hökumətinin hesablarını dondurub

17 May 2012 12:55

Bakı sakinindən hədə ilə xeyli miqdarda pul almış şəxslər saxlanılıb

17 May 2012 12:51

Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimad mühitinin möhkəmləndirilməsinə dair tədbirlər paketi hazırlayıb

17 May 2012 12:50

Sumqayıtda avtomobil 3 yaşlı uşağı vuraraq öldürüb

17 May 2012 12:48

Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir, bəzi rayonlarda 33 dərəcə isti olacaq

17 May 2012 12:46

Yardımlı rayon sakini Beyləqanda özünü tüfənglə vuraraq öldürüb

17 May 2012 12:43

Azərbaycanda “Qız Qalası” III Beynəlxalq İncəsənət Festivalı keçirilir

17 May 2012 12:41

Britaniyanın baş naziri Yunanıstana avrozonanı tərk etməməyi tövsiyə edir

17 May 2012 12:39

Azərbaycanda qəsdən adam öldürməyə görə tutulan şəxsin 18 il axtarışda olduğu açıqlanıb

17 May 2012 12:35

Azərbaycan paytaxtında 4 ulduzlu yeni otelin açılışı olub - YENİLƏNİB-FOTO

17 May 2012 12:32

“Rabitə” klubu 2 məşhur voleybolçu ilə müqavilə bağlayıb

17 May 2012 12:26

Azərbaycan əhalisinin 14%-i pensiyaçılardır

17 May 2012 12:08

Roland Kobia: “Avropa Birliyinin rəsmisi Dağlıq Qarabağa səfər etsə, bu, heç də o demək deyil ki, Avropa Birliyi oranı müstəqil ərazi kimi tanıyır” - FOTO

17 May 2012 11:57

ARDNŞ dövlət büdcəsinə ödənişləri 26% artırıb

17 May 2012 11:54

Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə danışıqların növbəti raundu gələn ay Brüsseldə keçiriləcək

17 May 2012 11:51

İranda girovluqda saxlanılan iki Azərbaycan vətəndaşı azad edilib

17 May 2012 11:50

Azərbaycanda vətəndaş cəmiyyəti üçün Milli Gündəlik qəbul olunub

17 May 2012 11:37

Yuto Naqamoto: “Azərbaycanla oyun bizim üçün çox vacibdir”

17 May 2012 11:31

Avropa Mərkəzi Bankı bir sıra Yunanıstan banklarının kreditləşməsini dayandırıb

17 May 2012 11:31

4 əcnəbi futbolçu “Xəzər Lənkəran” klubundan kənarlaşdırılıb

17 May 2012 11:20

Slovakiya təmsilçisi: “Eurovision”da iştirak etmək üçün avtomobilimi satmışam” - FOTO

17 May 2012 11:15

«AXA-Mbask» sığorta şirkəti «Extranet» veb-şəbəkəsinin tətbiqinə başlayır

17 May 2012 11:09

Mədəniyyət və Turizm Nazirliyi “Mədəniyyət abidələrimiz” adlı foto müsabiqəsi keçirir

17 May 2012 11:06

Hacıqabul sakini Kür çayında batıb

17 May 2012 11:05

Astarada baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır yaralanıb

17 May 2012 11:04

Kürdəmirdə yol qəzasında 3 nəfər ağır xəsarət alıb

17 May 2012 11:00

Azərbaycanın Türkiyədəki səfiri Qaziantepə səfər edib

17 May 2012 10:49

Norveç təmsilçisi Tooji: “Norveç “Eurovision” yarışmasını keçirməyə hər zaman hazırdır” – MÜSAHİBƏ

17 May 2012 10:46

Azərbaycan İzmirdə keçirilən «PLASTECH-2012» sərgisində iştirak edib - FOTO

17 May 2012 10:44

ABŞ Konqresinin Alt Komitəsi Dağlıq Qarabağdakı separatçı rejimə ayrılan yardımın miqdarını 2,5 dəfə artırmağı təklif edib

17 May 2012 10:41

Qusarda 30 yaşlı şəxs özünü yandırıb

17 May 2012 10:35

Mexikoda “Dost ölkələrin mədəniyyət yarmarkası” başlayıb – FOTOSESSİYA

17 May 2012 10:33

Ermənilər Azərbaycan əsgərini yaralayıblar

17 May 2012 10:31

«Azərpoçt» zəlzələ bölgəsində keçirilən monitorinqlərin nəticələrini açıqlayıb

17 May 2012 10:29

Mədət Quliyev: “Son illər ərzində vərəm xəstəliyindən ölən məhkumların sayı azalıb”

17 May 2012 10:27

Lənkəran və Masallı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

17 May 2012 10:25

«Nabucco» konsorsiumu Azərbaycan qazının nəqli üçün yeni kəmər təklif edir

17 May 2012 10:21

Azərbaycanın Zaqatala rayonunda zəlzələ olub

17 May 2012 10:20

Azərbaycan MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir

17 May 2012 10:15

“Azərenerji”nin əməkdaşı rüşvətə görə həbs edilib

17 May 2012 10:13

Astara sakini intihar edib

17 May 2012 10:09

İstanbulda güclü küləklə əlaqədar «Türk Hava Yolları»nın İstanbul-Bakı aviareysi təxirə salınıb

17 May 2012 10:08

Azərbaycanda bələdiyyə sədri həbs edilib

17 May 2012 10:07

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb

Digər xəbərlər
>>>

 Top 5
 

15 May 2012 07:53

Vaşinqtonda keçirilən İslam mədəniyyəti yarmarkasında Azərbaycan mədəniyyəti təqdim olunub

15 May 2012 07:27

Səfir Aqşin Mehdiyev: «Konqoda humanitar vəziyyət və təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi ciddi narahatlıq doğurur»

15 May 2012 09:56

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

15 May 2012 10:01

Azərbaycanda baş verən yol qəzasında bir nəfər ölüb, beş nəfər xəsarət alıb

15 May 2012 10:03

Neftin ucuzlaşması davam edir
Bank of Baku-nun “Dostlar klubu”: daimi müştərilərə yeni güzəştlər!
 
 
     

Ana səhifə > Xəbər > Media

Əflatun Amaşov: “Ya diffamasiya haqqında ayrıca qanunun qəbuluna, ya da mövcud qanunvericilik bazasının diffamasiyanın şərtlərinə uyğunlaşdırılmasına çalışmalıyıq” - MÜSAHİBƏ
                 Font ölçüsü :   a   |   A


[ 25 Yanvar 2011 16:48 ]
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun APA-ya müsahibəsi

- Ötən il Şuraya nə qədər şikayət xarakterli müraciət daxil olub?

- 2010-cu il Mətbuat Şurasının fəaliyyət intensivliyi ilə səciyyələnib. Şura demək olar, media həyatının bütün istiqamətləri ilə bağlı təşəbbüslər qaldırıb. Mətbuat Şurasına 2010-cu ildə ümumilikdə 699 müraciət ünvanlanıb. Müqayisə üçün deyim ki, 2009-cu ildə bu göstərici 489 təşkil edib. Müraciətlərin böyük qismi, yəni 287-si ayrı-ayrı vətəndaşlardandır. Dövlət idarə, müəssisə və təşkilatlarından edilən şikayətlərin sayı isə 203-dür. Bu baxımdan üçüncü yer özəl müəssisələrə məxsusdur. Həmin müəssisələrdən Şuraya 70, ictimai qurumlardan 68 müraciət daxil olub. Müraciətlərin nisbətən az qismini yerli özünüidarəetmə orqanlarından və siyasi partiyaların şikayətləri təşkil edir. Müraciətlər paytaxt da daxil olmaqla ölkənin 56 bölgəsindən göndərilib. Təkcə Bakı şəhərindən Şuraya 255 müraciət daxil olub. Paytaxtı nəzərə almasaq, 32 bölgədən daxil olan müraciətlərin sayı 4-41 arasında dəyişib. Digər 23 rayonun hər birindən 1 müraciət edilib. 699 müraciətdən 522-si konkret şikayət motivi daşıyır və ayrı-ayrı KİV-in fəaliyyətindən narazılıq ifadə olunur. Bu baxımdan media vasitələrini bir neçə qrupa bölmək mümkündür. Gündəlik və həftəlik yayımlanan, ictimai fikrə təsir göstərən qəzetlərin fəaliyyətindən narazı olanlar əsasən ictimai birliklərin təmsilçiləri, dövlət qurumlarının nümayəndələri və partiya funksionerləri olub. Onlar bu və ya digər tənqidi materialda fikirlərinin dərcinə önəm verilməməsindən, faktların yoxlanılmadan səhifəyə çıxarılmasından, aşağılayıcı ifadələrə məruz qalmalarından, ictimai nüfuzlarına zərər gəlməsindən şikayətləniblər. Bu qəbildən olan şikayətlərin demək olar, 70 faizində iddiaçı tərəf haqlı olub. Mütəmadi olaraq çıxan nəşrlərin bir qrupu da var ki, onlardan narazıların sırasını eyni zamanda təhsil, səhiyyə müəssisələrinin nisbətən aşağı vəzifə tutan təmsilçiləri təşkil edir. Şikayətçilərin bu qrupu konkret KİV materialında onlara böhtan atıldığını, barələrində yalan məlumatların yayıldığını vurğulayırlar. Belə halların təxminən 85-95 faizində şikayətçilərin mövqeyi haqlı olub. KİV-in bir qismindən isə bələdiyyələrin, özəl müəssisələrin nümayəndələri, iş adamları, ayrı-ayrı vətəndaşlar narazı qalıb. Belə media orqanları materiallarında daha çox bilərəkdən insan şərəf və ləyaqətini aşağılayıb, şəxsi həyata müdaxiləyə yol verib, insanlar haqqında açıqlanması heç bir ictimai əhəmiyyət kəsb etməyən məqamları qabardıblar. Tənqid hədəfi kimi seçilən şəxsə münasibətdə açıq qərəz nümayiş etdiriblər. Hazırda “qara siyahı”da yer alan nəşrlərin bir çoxu üçün məhz bu cəhətlər xarakterikdir.

- Mətbuat Şurasına edilən şikayətlərlə bağlı hansı tədbirlər görülüb?

- Şura Katibliyi şikayətlərlə bağlı cavabdeh və şikayətçi tərəfləri MŞ-yə dəvət edib. Bu mərhələdə 318 məsələ yerindəcə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 204 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib. 2010-cu ildə Şuraya daxil olan şikayətlərin 204-ü komissiyalarda araşdırılıb. Bunlardan 131-i Şikayətlər üzrə Komissiyada, 59-u “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında, 5-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 9-u Sosial Komissiyada araşdırılıb. Şikayətlər üzrə Komissiyada baxılan 131 məsələdən 98-i komissiya səviyyəsində həllini tapıb. Digər 33 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 59 şikayətdən 15-i barədə rəy verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. Şuranın İdarə Heyətində müzakirə edilən şikayətlərin sayı 48-dir. Bunlardan Şikayətlər üzrə Komissiyanın rəyinə əsaslanılanların sayı 33, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən təqdim edilənlərin sayı 15 olub. 2010-cu ildə İdarə Heyəti 36 qərar çıxarıb ki, bunlardan 24-də Şikayətlər üzrə Komissiyanın, 12-də “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəylərinə istinad edilib. İdarə Heyəti 3 KİV-ə xəbərdarlıq edib. 17 qərarda KİV-in peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 16 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasını nəzərdə tutub.

- Ötən il Mətbuat Şurasının “Qara siyahı”sı da bir neçə dəfə yenilənib...

- Bu, Mətbuat Şurasının iş prinsiplərindən irəli gəlirdi. Şura ölkə mətbuatında sağlam mühit formalaşdırmaq niyyətindədir. Kimlər ki, tövsiyələrə əməl edirlər, fəaliyyətlərini dəyərləndiririk və “qara siyahı”dan çıxarırıq. Təbii ki, etimadımızdan sui-istifadə halları baş verərsə, belə hərəkətə yol verən KİV-i yenidən «qara siyahı»ya qaytaracağıq. Yəni, siyahıdan çıxma ora yenidən düşməkdən sığortalamır. Şikayətə səbəb elə KİV-ləri var ki, fəaliyyətləri heç bir əndazəyə sığmır. Şuranın “Reket” jurnalistikaya qarşı mübarizə Komissiyası və Şikayətlər üzrə Komissiyası il ərzində dayanmadan işləyib. İdarə Heyəti bu komissiyaların təqdimatı əsasında il ərzində 3 dəfə “reket nəşr”lərin adlarını açıqlayıb. 2010-cu ilin yekunlarına əsasən “qara siyahı”da 86 mətbuat orqanının adı yer alıb. Mətbuatın «qara siyahı»sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib. Şura ictimaiyyətin məsələni diqqətdə saxlaması üçün «reket» nəşrlərin siyahısını xüsusi tərtibatda 5000 nüsxədə çap etdirib, sənədin paytaxtda və ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara çatdırılmasını həyata keçirib.

- Mətbuat Şurasına edilən müraciətlərin böyük qismi peşə davranışı qaydalarının pozulması ilə bağlıdır. Mətbuat orqanları tərəfindən bu qaydaların məhz hansı cəhətləri pozulur?

- Şikayət doğuran materialların araşdırılması zamanı məlum olur ki, «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın (AJPDQ) «Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı» prinspini digərlərinə nisbətdə daha çox pozulub. Bununla bağlı göstərici ümumi pozuntu faktlarının 26 faizini təşkil edib. Konkret olaraq “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır” bəndinin tələbinə etinasızlıq var. Mövcud cəhət demək olar, bütün hesabat illəri üçün xarakterikdir. AJPDQ-nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı birinci prinsipinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir” bəndinin tələbi üzrə pozuntu faktları 24,3 faizlə ikinci yerdədir. Ondan cəmi 2 faiz geridə AJPDQ-nın “İnformasiya qaynaqlarına sayğılı yanaşma” adlı ikinci prinsipinə etinasızlıq hallarıdır. Peşə davranışı qaydaları üzrə digər pozuntu faktları azlıq təşkil edir.

- 2011-ci il başlayandan Şuraya şikayətlər daxil olubmu?

- İl başlayandan Şuraya təxminən 30-a yaxın müraciət daxil olub. Onların hər biri ilə bağlı prosedur qaydalara uyğun işlər aparılmaqdadır. Mətbuat Şurası Azərbaycanın təkcə media deyil, ümumilikdə ictimai məkanı üçün yenilikdir. Baxmayaraq ki, artıq 8 ilə yaxındır fəaliyyətdədir və kifayət qədər tanınır. Elələri ilə də rastlaşırıq ki, şuranın mahiyyətindən yenicə xəbər tutub. Bu adamlar media ilə münasibətlərini zaman-zaman hüquq-mühafizə orqanları səviyyəsində aydınlaşdırıblar, indi isə Mətbuat Şurasına üstünlük verirlər. Ölkədə KİV-in qeydiyyatı ilə bağlı köhnə prosedur hələ də qalmaqdadır. Bu isə media orqanı təsis etmə üçün münbit şərait yaradır. Nəticədə peşəkarlarla yanaşı, sahəyə qeyri-peşəkarlar da daxil olmaqdadır və təəssüf ki, ikincilərin sayı qat-qat artıqdır. Şikayətlərin də əksəriyyəti belələrindəndir. Hər gün demək olar, bir-iki yeni qəzet adı eşidirik. Ölkə mətbuatının saflaşdırılması istiqamətindəki fəaliyyət təkcə Mətbuat Şurasının işi deyil, bu, bütövlükdə cəmiyyətin sosial sifarişidir və hesab edirəm ki, bütün əlaqədar qurumlar mövcud istiqamətdə üzərilərinə düşən vəzifəni daha səmərəli şəkildə yerinə yetirməlidirlər. 2011-ci ilin bu baxımdan da əlamətdar olmasını istərdim.

- Bu il Mətbuat Şurasının daha hansı planları var?

- Mətbuat Şurasının 2011-ci il üçün iş planı İdarə Heyəti tərəfindən təsdiqlənib. Şura əsas missiyasına uyğun olaraq şikayət və müraciətləri araşdıracaq, qərar və rəylərini çıxaracaq, peşə prinsiplərinə etinasızlıq göstərən KİV-in adlarının yer aldığı “qara siyahı”larını il ərzində davamlı olaraq yayımlayacaq. Media ilə bağlı qanunvericilik aktlarının təkmilləşməsi, KİV-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti daha da gücləndirəcəyik. Ötən il Şura ATƏT-in Bakı ofisi ilə birgə layihə üzərində işləyib. Layihə AJPDQ-nın təkmilləşdirilməsi ilə yanaşı, “Diffamasiya haqqında” qanunun hazırlanmasını da nəzərdə tutub. Artıq peşə davranışı qaydaları təkmilləşdirilib və ötən ilin sentyabrında sənədin geniş müzakirəsi keçirilərək bəyənilib. Qarşıda layihənin ikinci istiqaməti ilə bağlı işləri gerçəkləşdirmək durur. Hesab edirəm ki, səylərimiz ölkədə diffamasiya mühitinin formalaşmasına təkan verəcək. Ya diffamasiya haqqında ayrıca qanunun qəbuluna, ya da Azərbaycanın mövcud qanunvericilik bazasının diffamasiyanın şərtlərinə uyğunlaşdırılmasına çalışmaq lazım gələcək. Ötən il KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli nəzərəçarpacaq işlər görülüb. Hazırda isə rəsmi qurumların elan və reklamlarının KİV-də yerləşdirilməsi ilə bağlı məsələni gündəmə gətirmişik. Artıq mövcud istiqamətdə müəyyən işlər görülüb. Əsasən Türkiyə modelinə istinad etmişik. Digər qabaqcıl ölkələrin də təcrübəsini nəzərə almışıq. Ümidvaram ki, 2011-ci ildə bu sahədə müsbət nəticələr əldə ediləcək. Növbəti fəaliyyət istiqamətimiz jurnalistlərimizin ixtisas artırmalarının və peşələrinə daha dərindən yiyələnmələrinin fundamental əsaslarının formalaşdırmaqdır. Burada da beynəlxalq təcrübənin dərindən öyrənilməsi vacibdir. Mətbuat Şurası həmçinin Türkdilli Ölkələrin Media Birliyinin yaradılması istiqamətindəki təşəbbüslərə dəstək verəcək. Bu məqsədlə formalaşdırılan işçi qrupunda təmsil olunuruq. Qrupun iclaslarına qatılmaq, təklif və tövsiyələrlə çıxış etmək niyyətindəyik. Yeni qurumun ilk toplantısının Bakıda təşkilinə çalışırıq. Ümidvaram ki, səylərimiz nəticə verəcək. 2011-ci ildə dövlət müstəqilliyimizin əldə edilməsinin 20 ili tamam olur. Mətbuat Şurası Azərbaycan mediasının bu tarixi prosesdə roluna dair ümumrespublika konfransının təşkilini planlaşdırır. Bununla həmçinin dövlət müstəqilliyimizin 20 illiyinin keçirilməsi haqqında prezident sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək olmağı nəzərdə tuturuq.


  Çap üçün variant    Seçilmişlərə əlavə et    Poçtla göndər    RSS üçün keçid  


     Bölmədən digər xəbərlər    





























































































 Video



 Foto




 Valyuta  
Forex
Valyuta Kurs  
EUR 1.0017
RR 0.0254
USD 0.7858
Yenilənib: 17-05-2012

 Arxiv  
<<     ,    >>

 
 
 Online 521
 
Şirkət haqqında   |   Əlaqə   |   Tərəfdaş

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by DigitalBrand & APA