Ermənistanın müdafiə naziri Fransaya beş günlük işgüzar səfərə gedib
[
08 Fevral 2010 17:34 ]
İrəvan-APA. Ermənistanın müdafiə naziri Seyran Ohanyan Fransaya beş günlük işgüzar səfərə gedib. APA-nın “news.am”a istinadən yaydığı məlumata görə, Seyran Ohanyan səfər çərçivəsində Fransanın müdafiə naziri, Baş Qərargahın rəisi general Jan Lui Jorjelen, Fransa prezidentinin xüsusi Baş Qərargahının rəisi admiral Eduard Qiyar, parlamentin müdafiə məsələləri komissiyasının sədri Qi Tesie, digər rəsmi şəxslər və erməni diasporunun nümayəndələri ilə görüşəcək. Nazir Murmelonda hərbi təlimlər mərkəzinə, Müdafiə Kollecinə də baş çəkəcək. Onun “Le Monde” qəzetinə və “”Les Nouvelles d’Armenie” jurnalına müsahibə verməsi nəzərdə tutulur.