Kolumbiyada baş vermiş avtomobil qəzasında 4 nəfər həlak olub
[
09 Fevral 2010 04:06 ]
Bakı-APA. Kolumbiyanın cənubi-qərbindəki Uila departamentində baş vermiş avtomobil qəzası nəticəsində Ən azı dörd nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Bu barədə APA vesti.ru-ya istinadən məlumat verir.
Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, körpü üzərindən hərəkət edən reys avtobusu qəflətən yoldan çıxaraq qəzaya uğrayıb.
Qəzada sağ qalmış şahidlərin sözlərinə görə, sürücü qəflətən yola çıxmış atla toqquşmadan qaçmaq üçün avtobusun səmtini dəyişib və nəticədə avtomobil idarəetməni itirib.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az