Ana səhifə > İqtisadiyyat >
Sənaye və energetika
Maliyyə böhranının ardınca neft böhranı gələcək
[
09 Fevral 2010 05:36 ]

Bakı-APA. Dünyada neft ehtiyatlarının azalması və yaxın beş ildə dünyanın neft böhranı ilə üz-üzə qala bilər. APA-nın bfm.ru-ya istinadən verdiyi məlumata görə,
Bunu Virgin Group şirkətinin banisi Riçard Brgnson bildirib.
Onun sözlərinə görə, neft böhranı maliyyə böhranından daha acınacaqlı ola bilər.
Növbəti beş il ərzində bizi daha bir böhran – neft böhranı gözləyir. Lakin bu dəfə bizim hazırlaşmaq üçün vaxtımız var. Bizim vəzifəmiz bu vaxtı düzgün istifadə etməkdir», - deyə Brenson bildirib.
«Biz hökuməti və biznesi hərəkətə gəlməyə çağırırıq», - deyə Brenson böhrana dair yeni hesabatda bildirib və onu da əlavə edib ki, «neft böhranının dünyanı qəflətən yaxalamasına imkan vermək olmaz».
Brensonun fikirləri ilə Scottish and Southern Energy və «Stagecoach Ian Marchant», habelə «Brian Souter» şirkətlərinin rəhbərləri də razıdırlar.
Bu çağırışlar neft hasilatının pik nöqtəsi barədə davam edən söhbətlərin fonunda səslənir. Belə ki, bir çox mütəxəssislərin fikrincə, bir sıra ölkələrdə neftin hasilatının pik nöqtəsi artıq arxada qalıb.
Qeyd edək ki, bu tipli bəyanatlarla heç də bütün şirkət rəhbərləri razı deyil. Məsələn «bp» və «ExxonMobil» şirkətləri, habelə Səudiyyə Ərəbistanı kimi neft istehsalçıları narahatlıq üçün heç bir əsas olmadığını bildirirlər.
The Independent qəzetinin yazdığına görə, «bp» neft şirkətinin rəhbəri Toni Xeyvord əmindir ki, karbohidrogenlər əvvəlki kimi, yenə də dünyanın enerji ehtiyatlarına olan tələbatının ödənilməsində həlledici rol oynayacaqlar.
Onu da qeyd edək ki, neft hasilatının piki barədə məsələ Davos iqtisadi forumunda da müzakirə olunub.
|