Milli Məclisin sədri Oqtay Əsədov fevralın 20-22-də İranda rəsmi səfərdə olacaq
[
08 Fevral 2010 18:58 ]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 20-dən 22-dək İran İslam Respublikasında rəsmi səfərdə olacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, səfər zamanı O. Əsədov İran prezidenti Mahmud Əhmədinejad, bu ölkə parlamentinin sədri Əli Laricani və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə İran-Azərbaycan münasibətlərinin hazırkı durumu, gələcək inkişaf perspektivləri, iki ölkənin qanunverici orqanlarının əlaqələri müzakirə ediləcək.